04 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
15/5/2023 Tadamon Kraudfandinq Akademiyası Azərbaycanda layihə təkliflərinin qəbulu üçün müsabiqə elan edir.


Tadamon Kraudfandinq Akademiyası Azərbaycanda layihə təkliflərinin qəbulu üçün müsabiqə elan edir.

Tadamon Kraudfandinq Akademiyası “Yoxsulluğun azaldılması üçün QHT-lərin səlahiyyətlərinin artırılması proqramı” çərçivəsində həyata keçirilir. Proqram İslam İnkişaf Bankının idarə etdiyi İnkişaf naminə İslam Həmrəyliyi Fondu tərəfindən maliyyələşdirilir, həmçinin BMT İnkişaf Proqramı və digər strateji tərəfdaşlar tərəfindən icra olunur.

Tadamon Kraudfandinq Akademiyası vətəndaş cəmiyyəti təşkilatlarının öz layihələri üçün maliyyə vəsaitləri cəlb etmək məqsədilə uğurlu kraudfandinq kampaniyasının hazırlanması, keçirilməsi üzrə bacarıq və potensiallarını gücləndirən təlim proqramıdır. Proqramın məqsədi vətəndaş cəmiyyəti təşkilatlarının öz layihə və ideyalarını alternativ üsullarla maliyyələşdirmək, öz icmalarını qurmaq, genişləndirmək, öz layihələrini daha çox tanıtmaq, tərəfdaşlar və donorlarla işləmək üçün onları nou-hau ilə təchiz edərək gücləndirməkdir. Proqram Humanitar Liderlik Akademiyasının qlobal təlim platforması olan Kaya platforması ilə tərəfdaşlıq şəraitində icra olunacaq.

Seçilmiş vətəndaş cəmiyyəti təşkilatları Akademiyada iştirak edərək, uyğunlaşdırılmış və çevik kurrikulum əsasında e-təlim alətləri və üzbəüz təlimlər vasitəsilə kraudfandinq kampaniyası hazırlayacaq. Kurrikulum vətəndaş cəmiyyəti təşkilatlarının təsirli innovativ layihələrini maliyyələşdirmək bacarıqlarını və qabiliyyətlərini gücləndirir, qrant əsaslı maliyyələşmədən maliyyə baxımından daha dayanıqlı alternativ maliyyələşmə üsullarına keçməyə imkan verir. Onlar dəyişiklik təşəbbüskarlarını dəstəkləyən icmaya qoşularaq, burada dünya səviyyəli milli və qlobal kraudfandinq, kopiraytinq, dizayn və sosial media ekspertlərinin təqdim etdiyi mentorluq dəstəyindən yararlanmaq imkanı əldə edəcəklər.

Proqram vətəndaş cəmiyyəti təşkilatlarının alternativ maliyyələşmə mənbələrindən uğurla istifadə edə bilməsi üçün onların bacarıqlarını yaxşılaşdırmaq və ehtiyaclarına cavab vermək məqsədilə uyğunlaşdırılır. Maraqlı və fəal təlimi təmin etmək üçün nəzərdə tutulan modullar kampaniyanın və kommunikasiya strategiyasının yaradılmasından tutmuş, maliyyə hədəflərinin təyin olunması, cəlbedici hekayələrin nəqli və vizual materialların, videoların hazırlanmasına qədər kraudfandinq layihələrinin hazırlanmasındakı əsas addımları əhatə edir. Proqram kraudfandinq, media və ictimaiyyətlə əlaqələr, sosial mediada kopiraytinq, dizayn və bir çox digər sahələr üzrə milli və qlobal ekspertləri bir araya gətirir. Tadamon proqramı İslam Əməkdaşlığı Təşkilatına üzv olan 15-dən artıq ölkədə 400-dən çox vətəndaş cəmiyyəti təşkilatının potensialını gücləndirib və iştirak edən təşkilatlar kraudfandinq vasitəsilə 2 milyon ABŞ dollarından artıq vəsait toplayıb.

Öz layihə və ideyası ilə Akademiyada iştirak üçün müraciət etmək istəyənlər 2023-cu il mayın 30-dək Tadamon platformasında təşkilatın profil hesabında ərizə formasını doldura bilərlər.

 

Əlil Təşkilatları İttifaqı

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 174 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü