24 Mart 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
09/1/2023 “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi


“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 645-VIQD nömrəli Qanununun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

09.01.2023 [16:10]

A+A

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 645-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.9.1-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 15.9.1-1-ci maddəsində “orqan (qurum)” dedikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 228; 2005, № 8, maddə 708, № 9, maddə 801, № 12, maddə 1103; 2006, № 12, maddə 1034; 2008, № 2, maddə 54; 2012, № 1, maddə 6; 2013, № 12, maddə 1529; 2014, № 2, maddə 103; 2016, № 3, maddə 465, № 9, maddə 1464, № 10, maddə 1637; 2017, № 5, maddə 846, № 9, maddə 1653, № 10, maddə 1803, № 12 (I kitab), maddə 2319; 2018, № 12 (I kitab), maddə 2614; 2019, № 2, maddə 211; 2020, № 8, maddə 1029, № 11, maddələr 1360, 1362; 2021, № 12, maddə 1400; 2022, № 8, maddə 840) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bəndə “13.3-1-ci” sözlərindən sonra “, 15.9.1-1-ci” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 2.9-2-ci bənd əlavə edilsin:

“2.9-2. həmin Qanunun 15.9.1-1-ci maddəsində “orqan (qurum)” dedikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 645-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 yanvar 2023-cü il

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 113 dəfə oxunub




Flag Counter






» 07/3/2023- Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 8/3/2023- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.

» 8/3/2023- USAID-in Azərbaycan üzrə missiyasının rəhbəri Maykl Nirbas 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib

» 8/3/2023- Avropa İttifaqının səfiri: Qadın böyük qüvvədir

» 7/3/2023- Təbrik edirik!

» 6/3/2023- Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 3/3/2023- QHT Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edir

» 1/3/2023- Füzuli Mərkəzi Parkında inklüzivliyin təmin olunması müzakirə olunub

» 28/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/02/2023- UNDP Azərbaycan

» 25/2/2023- Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar şəhid Murad Məmmədovun əl işlərindən ibarət sərgi keçirilib

» 25/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 23/2/2023- Dünya Bankının insan inkişafı üzrə regional direktoru Fadia Saadahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub

» 23/2/2023- Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

» 22/2/2023- Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

» 22/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/2/2023- “Qarabağ Duyğularımın Rəngi ilə” adlı sərgi keçirilib

» 21/2/2023- “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib

» 20/2/2023- Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçirilib

» 17/2/2023- Agentlik Kiçik Qrant məbləğində dəyişiklik etdi