08 Fevral 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
6/12/2022 Əlilliyi olan şəxslərin məşğulluq imkanları müzakirə olunub


Əlilliyi olan şəxslərin məşğulluq imkanları müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası ilə bağlı QHT-lərlə görüş keçirilib. 

Görüşdə çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev dövlətin sosial siyasət tədbirləri içərisində əlilliyi olan vətəndaşların xüsusi rolundan bəhs edib. Bildirib ki, əlilliyi olan şəxslərlə bağlı xeyli sayda layihə icra edilib.  Agentliyin yeni konsepsiyasında da bu kateqoriyadan olan şəxslərin işlə təminatı, məşğulluq imkanları, biznes və sahibkarlıq subyekti kimi fəaliyyətləri daha çox diqqətə alınıb.

Kvota üzrə işlə təminat, əməkhaqlarının bir hissəsinin birgə maliyyələşməsi proqramı çərçivəsində dəstək tədbirlərinin davam etdiriləcəyi qeyd edilib.

C.Quliyev bu ilin 9 ayı ərzində 127 nəfər əlilliyi olan şəxsin əmək bazarında aktual peşə və ixtisaslar üzrə hazırlıq kurslarına cəlb edildiyini, onlardan 35 nəfərinin işlə təmin olunduğunu qeyd edib.

QHT rəhbərləri “Əlil sahibkarlara dəstək” layihəsində Dövlət Məşğulluq Agentliyinin iştirakına, eləcə də onların layihə və təkliflərinə dəstək nümayişinə görə təşəkkürlərini bildiriblər. Bu kimi görüşlərin daha çox təşkil olunmasını təklif ediblər.

Tədbirin sonunda növbəti il üçün təkliflər dinlənilib, QHT rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 98 dəfə oxunub




Flag Counter






» 6/2/2023- Azərbaycan Əlil Təşkilatları İttifaqının kollektivi Türkiyə xalqına başsağlığı verib

» 3/2/2023- Ağalı kəndinin artıq 100 sakini Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunub

» 2/2/2023- Milli Məclisdə ictimai dinləmə keçirilir

» 2/2/2023- Qrant müsabiqəsi elan edildi - ELAN

» 2/2/2023- 2 fevral Gənclər günü

» 2/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2023- “Gənc skautlar dayanıqlı inkişaf naminə” layihəsinin təlim hissəsi Şamaxı şəhərində baş tutub!

» 30/1/2023- Son bir ildə 215 uşaq övladlığa götürülüb, 120 uşaq öz ailəsinə reinteqrasiya edilib

» 28/1/2023- Azərbaycanda fəaliyyət göstərən 522 qeyri-hökumət təşkilatının Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanatı

» 28/1/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/1/2023- Azərbaycan Əlil Təşkilatları İttifaqı beynəlxalq təşkilatlara etiraz bəyənatı göndərib

» 26/1/2023- “Qrant haqqında" qanunda dəyişiklik edilməsi təklif olunur

» 2/1/2023- Sosial ödənişlərdə tətbiq edilən bütün artımlar vətəndaş müraciətinə ehtiyac olmadan e-qaydada aparılır

» 24/1/2023- Agentlik “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib - FOTO +VİDEO

» 24/1/2023- Birgə Komissiyanın həmsədrləri Azərbaycan və Macarıstanın ikitərəfli əməkdaşlıq gündəliyini müzakirə etdilər

» 23/1/2023- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının onlayn ilk iclası keçirilib.

» 23/1/2023- Nazirlik tərəfindən mənzillərin onlayn qaydada satışına başlandı

» 23/1/2023- Son bir ildə 130 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

» 21/1/2023- Ötən il sosial müavinətlər üzrə 37 faiz çox olmaqla 806 mln. manat, Prezident təqaüdləri üzrə 30 faiz çox olmaqla 541 mln. manat ödənilib

» 20/1/2023- 20 JANUARY - DAY OF MOURNİNG AND NATİONAL PRİDE