28 Noyabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
30/11/2022 "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə


"Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə sona çatdı!
28 noyabr 2022-ci il tarixində Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihənin IV və sonuncu tədbiri baş tutdu. Tədbiri Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyinin sədri Ruhin Cəfərov çıxış edərək açıq elan etdi və qonaqları salamlayaraq, layihə haqqında ətraflı məlumatları iştirakçıların diqqətinə yetirdi. Sonra isə Azərbaycan Boccia Federasiyasının vitse-prezidenti İlham Məhərrəmov, Milli Məclisin deputatı Vüqar İskəndərov, Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, Xeyriyyəçi Vətən sevimlisi Hacı Nuran, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə-Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətova, paralimpiya idman növləri üzrə baş məşqçilər və digər dəyərli qonaqlar çıxış edərək mövzunun nə qədər əhəmiyyət kəsb etdiyindən və aktuallığından bəhs etdilər. Layihə üzrə həyata keçirilən ümumilikdə 4 tədbirin nəticələrinə əsasən Vətən müharibəsi qaziləri, fiziki-məhdudiyyətli şəxslər paralimpiya idman növlərinə cəlb olunurlar. Tədbirin sonunda motivasiya məqsədi ilə iştirakçılar sertifikatlarla təltif olundular və xatirə şəkli çəkdirdilər.
#Fiziki #Məhdudiyyətli #Şəxslərin #İdmanla #Cəmiyyətə #İnteqrasiyası #Final #Mərhələ #QHT
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 318 dəfə oxunub




Flag Counter






» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

» 30/9/2023- “Maddi-mədəni irsimizin qorunması” qısametrajlı sənədli filmin təqdimatı keçirilib.

» 29/9/2023- “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi liə bağlı tədbirlərin təşkili ” layihəsi bitirmişdir.

» 30/9/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 29/9/2023- Milli Şəhərsalma forumları - Azərbaycanın şəhərsalma təcrübəsini bölüşdüyü beynəlxalq platforma

» 29/9/2023- Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib