26 Sentyabr 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
10/9/2022 Göz dağına çevrilən işləməyən eskalatorlar


Heydər Əliyev Sarayının tininə çıxışı olan bu keçiddə əlilliyi olanlar üçün əlavə avadanlıq quraşdırılıb. Bu avadanlıq da eskalator kimi qeyri-işlək vəziyyətdədir. Sözügedən avadanlığın hətta bəzi hissələri sökülüb, dağıdılıb, çıxıntı hissələrinə isə polietilen torbalar asılaraq zibil qabı kimi istifadə edilir.

Bakının yol qovşaqlarındakı bəzi yeraltı piyada keçidləri şəhər sakinlərinə, xüsusən də hərəkət məhdudiyyəti olanlara, yaşlı vətəndaşlara böyük çətinliklər yaşadır. Belə ki, Nəsimi rayonu Füzuli küçəsi ilə Bülbül prospektinin kəsişməsindəki yeraltı keçidin prospektin əks hərəkət istiqamətinə çıxışında quraşdırılan eskalator uzun müddətdir işlək vəziyyətdə deyil. Burada hündürlük yüksək olduğundan eskalatorun pilləkənləri arasındakı məsafə də adi pillələrlə müqayisədə böyükdür. Bu, yaşlı və orta nəslin nümayəndələri, ən əsas da hərəkət məhdudiyyəti olan hər hansı vətəndaş üçün keçilməz səddir.

 

 

Ev heyvanlarının yatağına çevrilən eskalator

Ərazidə olarkən müşahidə etdik ki, sözügedən keçidin işləməyən eskalatorunun rezin tutacaqları kəsik-kəsikdir. Bir neçə yerdən calaq olunsa da, istismara yararsız olduğu göz önündə idi. Çəkiliş apararkən insanların bu narahatlıqdan dolayı gileyi, narazılığı diqqətimizdən yayınmadı. Füzuli küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsindəki yeraltı keçidin eskalatorları da uzun müddətdir işləmir. Elektriklə işləyən, insanların rahatlığına xidmət edən bu avadanlıqlar sanki maket olaraq, protokol xətrinə nəzərdə tutulub, yalnız görüntü üçün quraşdırılıb. Eskalatorun işləmədiyindən yararlanan ev heyvanları buranı özlərinə daldanacaq bilir, yatırdılar. Heydər Əliyev Sarayının tininə çıxışı olan bu keçiddə əlilliyi olanların, əlil arabası ilə hərəkət edənlərin aşağı enməsi, yaxud yuxarı çıxması üçün əlavə avadanlıq da quraşdırılıb. Bu avadanlıq da eskalator kimi qeyri-işlək vəziyyətdədir. Sözügedən avadanlığın hətta bəzi hissələri sökülüb, dağıdılıb, çıxıntı hissələrinə isə polietilen torbalar asılaraq zibil qabı kimi istifadə edilir.

 

 

Piyadalar və sürücülər üçün təhlükə

Nizami küçəsi ilə Bülbül prospektinin kəsişməsindəki yeraltı keçidin Fəvvarələr meydanı istiqamətindəki çıxışında quraşdırılan eskalatorun da enmək üçün nəzərdə tutulanı işləmir. Ümumiyyətlə, şəhərin müxtəlif ünvanlarında apardığımız müşahidələr əsasında deyə bilərik ki, baxımsızlıq və etinasızlıq səbəbindən, bəzi hallarda isə elektrikə qənaət məqsədilə bir sıra keçidlərdə eskalatorlar işləmir. Belə vəziyyət yayın istisində keçidlərə enib-qalxan vətəndaşlara əziyyət yaşadır. Əziyyətlə üzləşməmək üçün bəzi şəhər sakinləri, xüsusən də hərəkət məhdudiyyəti olan insanlar təhlükəsizlik naminə yolu təyin olunmuş yerlərdən, o cümlədən yeraltı keçidlərdən istifadə etməklə deyil, qadağan olunmuş ərazilərdən keçirlər. Bu da həm onların həyatını təhlükəyə atır, həm də sürücülərə təhlükəli anlar yaşadır.

 

 

Qonşuya ümid olub şamsız qalmaq...

Mövzu ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mövqeyini öyrənmək, yeraltı piyada keçidlərindəki eskalator və əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş avadanlıqların işləməməsinin səbəbini araşdırmaq istədik. Təəssüflər olsun ki, sözügedən icra qurumundan məlumat ala bilmədik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli isə bildirdi ki, təmsil etdiyi qurumun nəzarətində olan yeraltı keçidlərdə hansısa eskalatorun işlək vəziyyətdə olmaması onun təmirə dayandırılması ilə əlaqədardır. Şöbə rəisinin sözlərinə görə, bu eskalatorlar ölkəmizə ixrac olunduğundan onun ehtiyat hissələri də xaricdən gətirilir. Bu zaman hansısa yubanmalar olursa, sıradan çıxmış, yaxud texniki problem yaranmış eskalatorun fəaliyyətinin bərpa edilməsində də müəyyən gecikmələr olur. A.Nəcəfli paytaxtın Nəsimi rayonunun “Qış parkı” ərazisindəki yeraltı keçidlərin onların tabeliyində olmadığını da qeyd etdi.

 

 

Məqsəd müyəssərliyi təmin etməkdir, amma..

Əlil Təşkilatlar İttifaqının prezidenti Davud Rəhimli mövcud vəziyyətlə bağlı “Kaspi” qəzetinə açıqlamasında deyib ki, yeraltı keçidlərdə quraşdırılan elektriklə işləyən qurğular, o cümlədən eskalatorlar, əlavə avadanlıqlar müyəssərliyi təmin etmək, hərəkət məhdudiyyəti olan vətəndaşların sərbəst hərəkətini tənzimləmək üçündür. O təəssüflə vurğulayıb ki, həmin avadanlıqlar quraşdırıldığı vaxtdan indiyə qədər işlədilməyib: “Çünki kimsə bu avadanlığın işlədilmə texnologiyasını bilmir. Düşünürəm ki, bu avadanlıqlara nəzarət edən hər hansısa təşkilat olmalıdır. Buna görə məsul olan şəxs olmalıdır. O, mütəmadi olaraq həmin avadanlıqların quraşdırıldığı yeraltı keçidlərə baxış keçirməli, işlək vəziyyətdə olub-olmamasını yoxlamalı, zərurət yarandığı halda avadanlıqların işlədilməsi mexanizmini ehtiyac duyana izah etməlidir. Amma reallıqda nəinki belə təşkilat və məsul şəxs, heç o avadanlıqların işlədilməsi üçün təlimat yoxdur. Hərəkət məhdudiyyəti olan istənilən şəxs o avadanlığın fəaliyyətinin necə olmasından məlumatsızdır. Axı kənardan gələn, ömründə bu avadanlıqdan istifadə etməyən adam onun nə cür işlədilməsini haradan bilsin? Halbuki bu avadanlıqların işlədilməsi mürəkkəb deyil. Sadəcə, təlimat yoxdur, indiyə qədər də işlədilməyib”.

 

 

Məsuliyyəti üzərindən atan dövlət qurumları

D.Rəhimli əlilliyi olan şəxslərin hərəkətini təmin etmək üçün yeraltı keçidlərdə quraşdırılan xüsusi avadanlıqlara böyük məbləğdə pul xərclənməsinə də diqqət çəkib: “O avadanlıqların bir ədədinin qiyməti, quraşdırılması 20-30 min dollar arası vəsait hesabına başa gəlib. Nəzarətsiz qaldığından hazırda o avadanlıqların bir qismi dağıdılıb, sındırılıb. Əlbəttə, bu, təəssüf doğurur. İnanmıram ki, bundan sonra o avadanlıqlardan təyinatı üzrə istifadə olunsun. Bu avadanlıqlara məsul təşkilat və şəxs olmadığından onların texniki vəziyyətinə nəzarət də yoxdur. Problemi Bakı Şəhər İcra Hakimiyyətinin diqqətinə çatdırırıq, deyirlər bizim balansımızda deyil, biz nəzarət etmirik. Eləcə də digər dövlət qurumları məsuliyyəti üzərlərindən atır, ötür-ötür oyunu oynayırlar. Yəni bu avadanlıqlara, onların quraşdırıldığı ərazilərə nəzarət edən qurumu tapa bilmirik. Hamı bir-birinin üstünə atır. Bu problem sadəcə paytaxt Bakıda deyil, regionlarda da özünü büruzə verir”.

Rufik İSMAYILOV

Fotolar müəllifindir

 

 

 

 

 

 

Əlil Təkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 92 dəfə oxunub




Flag Counter






» 21/9/2022- “20 Yanvar” İB-i “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlayıb

» 20/9/2022- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi İkinci Şəhidlər xiyabanını ziyarət edib

» 20/9/2022- "Əhalinin həssas qruplarından olan sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə innovativ dərnəklərin yaradılması” layihəsinin icrasını davam edir

» 20/9/2022- “Gənclərin Karyera və Təcrübə Mərkəzi” adlı layihə yekunlaşdı.

» 20/9/2022- “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb.

» 19/9/2022- “İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə layihənin icrasına başlamışdır.

» 16/9/2022- Əlillərin sosial müdafiəsinin gücləndirilməsi, əlillərin bilik və bacarıqlarından səmərəli istifadə adlı layihəsinin icrasına başlayıb.

» 15/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/9/2022- Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətlərində genişmiqyaslı təxribatı ilə əlaqədar B Ə Y A N A T I

» 12/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/9/2022- “Əlilliyi olan şəxslərin iqtisadi aktivliyinin dəstəklənməsi: sahibkarlıq təşəbüslərinin təşviqi və mövcud mexanizmlərdən yararlanma bacarıqlarının artırılması” layihəsi

» 10/9/2022- Göz dağına çevrilən işləməyən eskalatorlar

» 10/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/9/2022- 8 ayda 65 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

» 9/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 9/9/2022- 8 ayda 65 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

» 8/9/2022- DOST İş Mərkəzi ilk dəfə olaraq TV sahəsi üzrə birgə layihəyə başlayıb

» 7/9/2022- “Azərbaycanda pensiya islahatlarına dəstək” tvinninq layihəsinin ikinci mərhələsinə başlanıb

» 6/9/2022- Birdəfəlik ödəmə təyin olunan müharibə əlillərinin sayı artıq 14 mini ötüb