XƏBƏRLƏR




- 4/8/2022 Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün prioritet peşə və ixtisaslar müəyyən edilib
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün
prioritet peşə və ixtisaslar müəyyən edilib
Yaxın vaxtlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Bərdə və Quba rayonlarında da Peşə Hazırlığı Mərkəzləri istifadəyə veriləcək. Həmin Mərkəzlərdə peşə tədrisinin əmək bazarına uyğun qurulması üçün Agentlik tərəfindən ekspres əmək bazarı araşdırması aparılıb. Araşdırma zamanı 40 mikro, 130 kiçik, 70 orta və 7 iri işəgötürən arasında sorğu keçirilib. Nəticə olaraq Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə prioritet peşə və ixtisaslara olan təlabat müəyyən edilib.
Yeni Peşə Hazırlığı Mərkəzlərində tədrisi təşkil olunacaq 30 ixtisas müəyyən olunub.
Onların sırasına daxildir:
· Qarabağ iqtisadi rayonu üzrə - toxumçuluq, şitilçilik və tingçilik, kənd təsərrüfatı məhsullarının saxlanması və anbarlanması üzrə logistika, kompyuter təmiri və xidməti mütəxəssisləri, baytar köməkçisi, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, kombi ustası, təmirçi-çilingər, mebel ustası, avtomobil diaqnostikası və təmiri ustası, təchizat üzrə agent, ərzaq və qeyri-ərzaq mallarının satıçısı, nəzarətçi-xəzinədar, qəssab, elektrik və avtoarabacıqların sürücüsü, yanacaqdoldurma stansiyalarının operatoru;
· Quba-Xaçmaz iqtisadi rayonu üzrə - elektron ticarətçi, bərbər, vizajist, manikurçu, lazer ustası, ikinci dairə üzrə elektrik quraşdırıcısı, kompyuter şəbəkə inzibatçısı, barmen, barista, aşbaz, çağrı mərkəzi üzrə operator, xərrat-dülgər və parket ustası, CNC operatoru (taxta işləri üzrə), kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri üzrə çilingər və dağ-xizək turizmi üzrə bələdçi.
Növbəti mərhələdə qeyd edilən peşə və ixtisaslar üzrə tədris proqramlarının və bu proqramların əsasında təlim-tədris materiallarının hazırlanması nəzərdə tutulub.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 445 dəfə oxunub