XƏBƏRLƏR




- 14/7/2022 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının inkişafı, onların bilik və bacarıqlarının artırılması məqsədilə “QHT-lərin I İnkişaf və Mübadilə proqramı”na başlayır.
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının inkişafı, onların bilik və bacarıqlarının artırılması məqsədilə “QHT-lərin I İnkişaf və Mübadilə proqramı”na başlayır.
Proqram çərçivəsində Mingəçevir şəhərində 3 günlük (30, 31 iyul və 1 avqust 2022-ci il) təlim təşkil olunacaq.
Təlim iştirakçıları seçim əsasında müəyyən olunacaq.
Seçimdə üstünlük verilir:
- Bu mövzuda təlimlərdə ilk dəfə iştirak edən şəxslərə,
- QHT-də layihə yazılması üzrə məsul şəxslərə,
- QHT fəaliyyəti ilə yeni məşğul olan şəxslərə
- Regionlarda faəliyyət göstərən QHT-lərə,
- Xarici dil bilgisi olan şəxslərə (ingilis dili).
Təlimdə iştirak üçün mərhələlər:
1. Təlimdə iştirak üçün aşağıda qeyd olunan sorğu 19 iyul 2022-ci il, saat 18:00-a kimi cavablandırılaraq Agentliyə göndərilir,
2. Daxil olan məlumatlar Agentlik tərəfindən təhlil edilir və sorğunun nəticəsinə uyğun olaraq növbəti mərhələyə keçilir,
3. İlkin mərhələdən keçmiş şəxslərlə müsahibələr təşkil olunur.
Təlimdə iştirak üçün onlayn sorğu:
https://forms.gle/7kk18sQeJ9R3jxj28
QEYD:
- İştirakçılardan təlimə öz fərdi noutbuklarını gətirməsi xahiş olunur,
- Təlimdə hər QHT-dən yalnız 1 nəfərin təmsil oluna bilər (layihə hazırlayan və icra edən şəxslərin iştirakı arzuolunandır).
Məlumat üçün bildiririk ki, Agentlik Bakıda və regionlarda fəaliyyət göstərən QHT-lərin bilik və bacarıqlarının artırılması məqsədilə mərhələli şəkildə təlimlər, seminarlar keçirilməsini planlaşdırır.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 654 dəfə oxunub