05 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
6/7/2022 Azərbaycan və Türkiyə arasında sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir


Azərbaycan və Türkiyə arasında sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

 

Nazirlərin görüşündə həssas əhali qruplarından olan şəxslərə sosial xidmətlərin təşkili üzrə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık arasında videokonfrans formatında görüş olub.

S.Babayev Azərbaycan və Türkiyə arasındakı sarsılmaz dostluq, qardaşlıq və xalqların birliyi amilinə əsaslanan strateji tərəfdaşlığın daim inkişaf etdiyini, bu istiqamətdə iki qardaş ölkənin dövlət başçılarının birgə səylərinin mühüm rolunu vurğulayıb. 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin hər bir Azərbaycan vətəndaşını qürurlandırdığını qeyd edib.

Nazir ötən dövrdə ölkəmizdə aparılan sosial islahatlar və onların müsbət nəticələri, DOST konsepsiyası, şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri, postmüharibə dövründə şəhid ailələri və qazilərlə bağlı sosial dəstək tədbirləri, sosial sahədə elektron texnologiyaların tətbiqi, əhaliyə göstərilən proaktiv xidmətlər və s. barədə məlumat verib.

S.Babayev ötən dövrdə iki qardaş ölkə arasında digər sahələrdə olduğu kimi sosial xidmətlər sahəsində də formalaşan uğurlu əməkdaşlıqdan bəhs edib.

Əlilliyi olan şəxslərin və ahılların, uşaq və qadınların, müharibə iştirakçıları və şəhid ailələrinin sosial rifahının təmin olunması istiqamətində əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

D.Yanık iki qardaş ölkə arasında əlaqələrin daim inkişaf etməsinin məmnunluq doğurduğunu bildirib. O, Türkiyənin sosial islahatlar sahəsində təcrübəsindən, əldə olunan uğurlardan bəhs edib.

Valideyn himayəsindən məhrum uşaqların müdafiəsi, ailələrə sosial dəstək tədbirlərinin həyata keçirilməsi, ailə əsaslı alternativ qayğı formalarının inkişaf etdirilməsi və bu sahədə aparılan digər islahatlarla bağlı əməkdaşlığın və məlumat mübadiləsinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycan Türkiyə arasında sosial müdafiə sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 525 dəfə oxunub




Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü