XƏBƏRLƏR




- 4/7/2022 Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi “Gələcəyin assosiasiyaları” layihəsi əsasında aidiyyatı üzrə fəaliyyətlərin həyata keçirilməsinə başlamışdır.
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi “Gələcəyin assosiasiyaları” layihəsini
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi “Gələcəyin assosiasiyaları” layihəsi əsasında aidiyyatı üzrə fəaliyyətlərin həyata keçirilməsinə başlamışdır. Layihənin əsas məqsədi Azərbaycanda biznes və professional assosiasiyalarının fəaliyyətinə dəstək olmaqdır. Azərbaycan Mikromaliyyə Assosiasiyası layihənin icraçısı, Əlil Təşkilatları İttifaqı, SEEP FSIC təşkilatları layihənin partnyorlarıdırlar.
Əlil Təşkilatları İttifaqının layihə çərçivəsində əsas məqsədi layihə fəaliyyətlərində inklüzivliyin təmin olunması, müvafiq hüquqi-normativ bazanın monitorinqi, ekspert xidmətlərinin göstərilməsi, biznes və profesional assosiasiyalar üçün inklüzivlik və müyəssərlik sənədinin hazırlanması, “Əlilliyin dərki”, “Universal Dizayn”, “Korporativ sosial məsuliyyət” mövzularında təlimlərin aparılması, əlilliyi olan şəxslərin və onların müvafiq təşkilatlarının biznes assosiasiyalarında iştirakını təşviq etməkdən ibarətdir. Fəaliyyətlərin icrasına ƏTİ-yə üzv müvafiq təşkilatlar və onların ekspertlərinin cəlb olunması nəzərdə tutulmuşdur.
İcra müddəti 3 il olan layihənin, Bakıda və regionlarda həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Bu xəbər 758 dəfə oxunub