28 Noyabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
6/6/2022 Qazilər göstərilən sosial dəstəyə görə minnətdarlıqlarını ifadə etdilər


Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gələn bir qrup Vətən müharibəsi qazisi ölkəmizdə şəhid ailələri və qazilərin sosial müdafiəsi sahəsində aparılan işlərdən razılıqlarını bildiriblər.

Qazilər Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə müharibədən sonra şəhid ailələri və müharibə iştirakçılarının geniş miqyaslı və çevik sosial dəstək tədbirləri ilə əhatə olunması üçün görülən tədbirlərə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

44 günlük Vətən müharibəsinin qaziləri – Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov postmüharibə dövründə şəhid ailələri və qazilərin rifahının yaxşılaşdılması üçün ardıcıl şəkildə həyata keçirilən tədbirlərin bu kateqoriyadan olan vətəndaşlara xüsusi qayğıdan xəbər verdiyini vurğulayıb.

Həmçinin qazilər Qurbanəli İslamov,  Namiq Seyfəddinli, Nurlan Mazanov, Allahverən Nurəliyev, Mobil Əhmədzadə, Əvəz Banipaşa, Elvin Vəliyev, Vasif Məlikov, Elşən Lalayev, Məhəmmədli Baxışov və digərləri müharibədən sonra qazilərin mənzillə, avtomobillə, işlə, reabilitasiya xidmətləri ilə təminatı və s. istiqamətlərdə aparılan işlərdən razılıq ifadə ediblər.

Onlar həmçinin qazilər hələ müalicə olunarkən ziyarət edildiklərini və müalicə müddətindən dərhal sonra operativ şəkildə sənədləşmə aparılmaqla əlilliklərinin qiymətləndirilməsinin aparılmasının, Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş qazilərin son nəsil protezlərlə  təmin olunmasının və s. təqdirəlayiq olduğunu qeyd ediblər.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin  göstərişi ilə şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı nazirliyin sosial dəstək paketinin hazırda da davam etdirildiyini bildirib.

Qeyd edib ki, bu sosial dəstək paketi artıq 100 min şəxsi əhatə edib, onlara 175 min xidmət göstərilib. Həmin şəxslərdən 93 min şəxsə proaktiv qaydada 103 min sosial ödəniş təyin olunub. Müalicə müddəti başa çatan qazilərdən artıq 3 min şəxsə əlillik dərəcələri və avtomatik şəkildə sosial ödənişlər təyin edilib.

Bildirilib ki, 44 günlük Vətən müharibəsindən sonra həmin müharibənin şəhidlərinin ailələrinin və qazilərinin də mənzillə təminatına başlanıb. Postmüharibə dövründə 3500, ümumilikdə ötən dövrdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. 

Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunub. 1400 müharibə əlilinə 18 mindən çox reabilitasiya vasitəsi verilib. 5 min ailə sosial-psixoloji, 2500 qazimiz reabilitasiya xidmətləri ilə təmin edilib. Artıq 11 mindən çox qazini və şəhid ailəsini  şəxs aktiv məşğulluq proqramlarına cəlb edib. Son 4 ildə 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlilinə avtomobil verilib.

Son illərdə şəhid ailələri və müharibə əlillərinə yönələn sosial ödənişlərin də dəfələrlə artırdlığı vurğulanıb. 29 dekabr 2021-ci il tarixli sərəncamla "Müharibə veteranı" adı verilmiş veteranlara Prezidentin aylıq təqaüdünün təyinatı prosesi icra olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində də bir çox əməkdaşın Vətən müharibəsinin qaziləri olduğu, həmçinin əlilliyinin qiymətləndirlməsi sistemində də müharibədə iştirak etmiş həkim ekspertlərin çalışdığı qeyd edilib.

Şəhid ailələri və qazilərimizlə bağlı sosial dəstək tədbirlərinin bundan sonra da davam etdiriləcəyi  vurğulanıb.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 464 dəfə oxunub




Flag Counter






» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

» 30/9/2023- “Maddi-mədəni irsimizin qorunması” qısametrajlı sənədli filmin təqdimatı keçirilib.

» 29/9/2023- “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi liə bağlı tədbirlərin təşkili ” layihəsi bitirmişdir.

» 30/9/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 29/9/2023- Milli Şəhərsalma forumları - Azərbaycanın şəhərsalma təcrübəsini bölüşdüyü beynəlxalq platforma

» 29/9/2023- Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib