24 Mart 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
3/6/2022 "Sosial sahədə könüllülük" forumu öz işinə başlayıb


 

"Sosial sahədə könüllülük" forumu öz işinə başlayıb

Forum "Könüllü DOST" proqramının 3 illiyinə həsr olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tableyindəki  DOST Agentliyinin "Könüllü DOST" proqramının 3 illiyinə həsr olunmuş "Sosial sahədə könüllülük" forumu öz işinə başlayıb.  Forum "Könüllü DOST" proqramının təşkilatçılığı, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, Azərbaycan Gənclər Fondunun və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə baş tutub.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil olunan forum gənclərin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda iştirakının, sosial sahədə könüllülük fəaliyyətinin və onun faydalarının, korporativ sosial məsuliyyətliliyin dayanıqlılığının təbliği məqsədi daşıyıb.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, təhsil naziri Emin Əmrullayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və b. iştirak ediblər.

Forum əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərginin nümayişi ilə başlayıb.

S.Babayev "Könüllü DOST" proqramının iştirakçılarını proqramın 3 illiyi münasibətilə təbrik edib. O, ölkəmizdə könüllülük hərəkarının genişlənməsində "Könüllü DOST" proqramının önəmini diqqətə çatdırıb.

Nazir DOST brendinin qısa müddətdə böyük uğur qazanmasında, DOST mərkəzlərində yüksək vətəndaş məmnunluğuna nail olunmasında proqram iştirakçılarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Həmin mərkəzlərdəki könüllülərin xüsusi qayğıya ehtiyacı olan şəxslərə yardım etmək kimi nəcib işlə məşğul olaraq bu sahədə dəstək göstərdiklərini, eyni zamanda sosial sahə ilə bağlı böyük təcrübə qazandıqlarını bildirib.

Digər çıxış edənlər "Könüllü DOST" proqramı iştirakçılarını təbrik edərək, könüllülüyün əhəmiyyətindən bəhs ediblər.

F.Məmmədov "Könüllü DOST" proqramı ilə bağlı təqdimatla çıxış edib. Qeyd olunub ki, DOST Agentliyində könüllülük fəaliyyəti "Gənc DOST", "Gümüşü DOST" və "Distant DOST" altproqramları olmaqla 3 istiqamətdə təşkil edilib. Ötən müddət ərzində proqrama 60 mindən çox müraciət olub, onlardan 2 min nəfərdən çox şəxs könüllülük fəaliyyətinə cəlb edilib.

"Könüllü DOST" proqramı könüllülük hərəkatına və gənclər siyasətinə, dövlət-vətəndaş münasibətlərinin inkişafına, yüksək keyfiyyətli xidmətlərin göstərilməsinə dəstək məqsədi daşımaqla, gənclərin əmək bazarına hazırlığında, eləcə də fəal yaşlanmada önəmli rol oynayır. Proqram özündə dövlətçilik və vətənpərvərlik, ictimai-sosial məsuliyyətlilik, birlik və əməkdaşlıq, qayğıkeşlik və yardımsevərlik prinsiplərini ehtiva edir.

Tədbirdə yeni “İnklüziv DOST” altproqramının da təqdimatı olub.

Forum "Sosial sahədə könüllülük" və "Korporativ sosial məsuliyyətlilik" üzrə panel müzakirələri ilə davam edib.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 511 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 07/3/2023- Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 8/3/2023- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.

» 8/3/2023- USAID-in Azərbaycan üzrə missiyasının rəhbəri Maykl Nirbas 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib

» 8/3/2023- Avropa İttifaqının səfiri: Qadın böyük qüvvədir

» 7/3/2023- Təbrik edirik!

» 6/3/2023- Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 3/3/2023- QHT Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edir

» 1/3/2023- Füzuli Mərkəzi Parkında inklüzivliyin təmin olunması müzakirə olunub

» 28/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/02/2023- UNDP Azərbaycan

» 25/2/2023- Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar şəhid Murad Məmmədovun əl işlərindən ibarət sərgi keçirilib

» 25/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 23/2/2023- Dünya Bankının insan inkişafı üzrə regional direktoru Fadia Saadahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub

» 23/2/2023- Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

» 22/2/2023- Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

» 22/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/2/2023- “Qarabağ Duyğularımın Rəngi ilə” adlı sərgi keçirilib

» 21/2/2023- “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib

» 20/2/2023- Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçirilib

» 17/2/2023- Agentlik Kiçik Qrant məbləğində dəyişiklik etdi