24 Mart 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
26/5/2022 Bakı Peşə Hazırlığı Mərkəzi yeni layihəsi ilə "TEKNOFEST 2022" müsabiqəsinin finalçılarından biri oldu


Bakı Peşə Hazırlığı Mərkəzi yeni layihəsi ilə "TEKNOFEST 2022"

müsabiqəsinin finalçılarından biri oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi Azərbaycanda ilk dəfə keçirilən və dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan  "TEKNOFEST 2022" Aerokosmik və Texnologiya Festivalında iştirak edir.

Festivalın təşkilatçıları "Türkiyə Texnologiya Komandası"-T3 Fondu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyidir.

Festivala "Bacaranlar" komandası ilə qatılan Peşə Hazırlığı Mərkəzi Festivalın "Sosial yönümlü texnologiyalar” kateqoriyası üzrə müsabiqəsinə "TexnoBaba" layihəsini təqdim edib.

Bu kateqoriyaya Azərbaycan üzrə 100-ə yaxın komanda müraciət edib və onlardan yalnız 15-i, o cümlədən Bakı Peşə Hazırlığı Mərkəzi müsabiqənin final mərhələsində iştirak hüququ əldə edib.  

"TexnoBaba" layihəsi işsiz gənclərin qurub-yaratmaq, inkişafa meyillilik ideyalarının həyata keçirilməsinə, təhsildə innovativ yeniliklərin tətbiqinə dəstək məqsədi daşıyır.

Layihə çərçivəsində www.texnobaba.com rəqəmsal platforması  yaradılıb və bu platforma öz ideyalarına invertar dəstəyi axtaran gənclər ilə bu sahəyə yatırım etmək istəyən investorları birləşdirir. Bunun üçün gənc ilk olaraq saytda qeydiyyatdan keçərək ehtiyacı olan robot setləri və ya başqa bu kimi məhsulları qeyd etməlidir.

"Sosial yönümlü texnologiyalar” müsabiqəsi fərdlərin öz sosial məsuliyyət məlumatlılığı ilə texnoloji bilik və təcrübələrini inteqrasiya edərək cəmiyyət üçün faydalı layihələri ərsəyə gətirmələrinə dəstək olmaq məqsədi daşıyır.

"TEKNOFEST 2022" Aerokosmik və Texnologiya Festivalı 26-29 may tarixlərini əhatə edir.

 

Əlil Tə.kilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 285 dəfə oxunub




Flag Counter






» 07/3/2023- Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 8/3/2023- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.

» 8/3/2023- USAID-in Azərbaycan üzrə missiyasının rəhbəri Maykl Nirbas 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib

» 8/3/2023- Avropa İttifaqının səfiri: Qadın böyük qüvvədir

» 7/3/2023- Təbrik edirik!

» 6/3/2023- Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 3/3/2023- QHT Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edir

» 1/3/2023- Füzuli Mərkəzi Parkında inklüzivliyin təmin olunması müzakirə olunub

» 28/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/02/2023- UNDP Azərbaycan

» 25/2/2023- Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar şəhid Murad Məmmədovun əl işlərindən ibarət sərgi keçirilib

» 25/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 23/2/2023- Dünya Bankının insan inkişafı üzrə regional direktoru Fadia Saadahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub

» 23/2/2023- Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

» 22/2/2023- Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

» 22/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/2/2023- “Qarabağ Duyğularımın Rəngi ilə” adlı sərgi keçirilib

» 21/2/2023- “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib

» 20/2/2023- Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçirilib

» 17/2/2023- Agentlik Kiçik Qrant məbləğində dəyişiklik etdi