16 May 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
13/5/2022 Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13 May 2022-ci il tarixində Abşeron Rayon “Heydər Əliyev Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.


Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13 May 2022-ci il tarixində Abşeron  Rayon “Heydər Əliyev Mərkəzi’’-ndə  əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnkluziv iqtisadi modelin inkişafı: əliliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” adlı layihənin yekun tədbiri keçirib.

       Tədbiri giriş sözü ilə açan İB-in sədri, layihə rəhbəri Qubad Qasımov layihə barədə geniş məlumat verdi. Qubad Qasımov bildirdi ki, Layihə çərçivəsində Sumqayıt şəhəri, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala bölgələrdə tədbirlər uğurla kecirilmiş və son olaraq Abşeron rayonunda yekun tədbirin keçirilməsi nəzərdə tutulmuşdur. Q.Qasımov qeyd etdi ki, layihə 01 iyun 2022-ci il tarixinədək davam edəcək. Layihənin məqsədi əhalinin aztəminatlı sosial qruplarından olan əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət proqramlarından biri olan özünüməşğulluq proqramlarında əlil vətəndaşlarının iştirakçılığının artırılması yolu ilə onların rifahı ilə şəxsi bacarıqları arasında funksional asılılığı artırmaqdır.

     Layihənin eksperti Rəşad Həsənov tədbirdə əlilliyi olan şəxslərə özünüməşğulluq proqramının mahiyyəti, əhəmiyyəti, onların sosial rifahı üçün ortaya qoyduğu imkanlar, proqramdan yararlanmağın üstünlükləri, proqrama müraciət etmə və iştirak qaydaları, ailə təsərrüfatı və yaxud kiçik biznesin yaradılması üçün təmin edilən dəstək və s. bu kimi məsələlər haqqında geniş və ətraflı məlumat verdi və qeyd etdiki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə «İstedadlı Əlillər» İctimai Birliyi tərəfindən həyata keçirilən “İnkluziv iqtisadi modelin inkişafı: əliliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” layihəsi üzrə tövsiyələr Paketi hazlanıb və müvafiq tövsiyələr aidiyyəti dövlət qurumlarına təqdim ediləcəkdir. R. Həsənov həmçinin, hazırlanan tövsiyələr haqqında tədbir iştrakcılarına məruzə etdi.

Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Fegianal Məşğulluq Filalının Müdir müavini Nicat Əlibəyli  əlilliyi olan şəxslərə özünəməşğulluq proqramının hüquqi əsasları haqqında geniş və ətraflı məlumat verdikdən sonra tədbir iştirakçılarını maraqlandıran sualları cavablandıraraq Qanun cərcivəsində Abşeron rayonunda yaşıyan əlillərin problemlərinin həlli yolunda Məşğulluq idarəsi olaraq əlimizdən gələni edəcəyini vurğuladı..

Daha sonra  Abşeron  KOB Dostu  Ehtibar Əliyev cıxış edərək layihənin vacibliyi və aktuallığını vurğuladı. Ehtibar müəllim qeyd etdiki KOBİA hər zaman Kicik və Orta Biznesə marağı olan hər bir vətəndaşın yanında olub və Sahibkar olması ücün təmənnasız xidmətlər görsədib. Ehtibar müəllim cıxışında xüsusi ilə vurğuladı ki, KOBİA əliliyi olan şəxslərin məşğulluğunun gücləndirilməsi, bu məqsədlə onların KOB təlimlərinə cəlb edilməsi, sahibkarlıq bacarıqlarının inkişafında təmənnsız xidmətlərin göstərilməsi, istesal etdikləri məsulların ölkəmizdə təşkil edilən sərgilərdə nümayiş etdirilməsi və satışında maraqlıdır.

Dövlət Məşğulluq Agentliyinin numayəndəsi Elmar Quliyev cıxış edərək Agentliyin faliyyəti və qarşda görüləcək işlər barədə geniş məlumat verdi və tədbirdə səslənən problemləri rəhbərliyə catdıracağını qeyd etdi.

 Sosoal Xidmətlər Agentliyinin Sosial layihələr Departament  rəhbəri Fərhad Allahverdizadə SXA-nin faliyyəti,icra etdiyi layihələr barədə tədbir iştrakcılarının diqqətinə catdırdı.

Tədbirdə Abşeron  Rayon İcra Hakimiyyətinin numayəndəsi Vüqar Bəşirov, Əlil Təşkilatları İttifaqının Prezidenti Davud Rəhimli, QHT rəhbərləri, Səbinə Kərimova, Cəmilə Abdulova, Ramilə Mahmudova və digər Vətəndaş Cəmiyyətinin numayəndələləri müzakirələrdə iştirak etdilər.

 

Əlil Təşkilatları İrttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 30 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 16/5/2022- Öyrən, əylən, peşəni seç! Peşələr festivalı başlayıb

» 15/5/2022- “Küləyə qalib gəl” - Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.

» 14/5/2022- Vətən müharibəsi əlillərinin də iştirakı ilə inklüziv veloyürüş təşkil olunub

» 13/5/2022- Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13 May 2022-ci il tarixində Abşeron Rayon “Heydər Əliyev Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

» 12/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 145/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/5/2022- Ümummilli Lider Heydər Əliyev - 99

» 10/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 9/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/5/2022- Son nəsil protezlə təmin edilmiş qazilərin futbol yarışı keçirildi

» 6/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 5/5/2022- Bu il 10 mindən çox, son 3 ildə 155 min şəxsə əlillik təyin olunub

» 5/5/2022- 5 may- beynəlxalq əlilliyi olan insanların hüquqlarının müdafiəsi günü

» 5/5/2022- “Əmək və Məşğulluq” altsistemi istifadəyə verildi

» 4/5/2022- DOST Agentliyi daha 3 beynəlxalq mükafatla təltif edildi

» 4/5/2022- Dövlət Sosial Müdafiə Fondu daha bir beynəlxalq mükafata layiq görüldü

» 4/5/2022- 50 avtomobil Vətən müharibəsi əlillərinə təqdim edildi

» 4/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/5/2022- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər.