16 May 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
4/5/2022 Dövlət Sosial Müdafiə Fondu daha bir beynəlxalq mükafata layiq görüldü


Dövlət Sosial Müdafiə Fondu daha bir beynəlxalq

mükafata layiq görüldü

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Tallin şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumunda Təşkilatın bir neçə ay əvvəl başlatdığı “BSTA-nın ən yaxşı təcrübəsinə görə mükafat” müsabiqəsinin nəticələri geniş auditoriyaya elan edilib.

Müsabiqədə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu daha bir beynəlxalq uğura imza ataraq müsabiqənin diplomuna layiq görülüb.

Müstəqil beynəlxalq münsiflər heyətinin qərarına əsasən, Dövlət Sosial Müdafiə Fondu “Ən yaxşı mütərəqqi təcrübəni təsdiq edən xüsusi qeydli Fəxri Diplom”la təltif edilib.

Tədbirdə BSTA-nın Avropa məkanına aid 40-dan çox ölkənin 70-ə yaxın sosial təminat qurumu təmsil olunub.

Dövlət Sosial Müdafiə Fondunun müsabiqəyə təqdim etdiyi iş son illər ərzində sosial təminat sahəsində icra proseslərinin keyfiyyəti və çevikliyinin artırılaraq şəffaf, əhali üçün daha rahat, əlverişli xidmətlərin göstərilməsi, xidmətlərin rəqəmsal və proaktiv təqdim olunması, Fondun fəaliyyətinin “inzibati yanaşma” modelindən “vətəndaşlara xidmət” modelinə keçidinə uyğun yenidən təşkili, nəticədə vətəndaş məmnunluğuna nail olunması, sosial təminat sahəsində mərkəzləşdirmə islahatları ilə bağlı olub.

Fond bu il ərzində digər beynəlxalq qurumların – Böyük Britaniyanın “iESE – The Public Sector Transformation” Təşkilatının təşkil etdiyi “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində iştirak edərək “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatı, sosial təminat və innovasiyalar sahəsində səmərəli fəaliyyəti, dayanıqlı inkişaf sahəsində qabaqcıl metod və həll yollarına görə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının Fəxri Fərmanı ilə təltif olunub.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 61 dəfə oxunub




Flag Counter






» 16/5/2022- Öyrən, əylən, peşəni seç! Peşələr festivalı başlayıb

» 15/5/2022- “Küləyə qalib gəl” - Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.

» 14/5/2022- Vətən müharibəsi əlillərinin də iştirakı ilə inklüziv veloyürüş təşkil olunub

» 13/5/2022- Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13 May 2022-ci il tarixində Abşeron Rayon “Heydər Əliyev Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

» 12/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 145/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/5/2022- Ümummilli Lider Heydər Əliyev - 99

» 10/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 9/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/5/2022- Son nəsil protezlə təmin edilmiş qazilərin futbol yarışı keçirildi

» 6/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 5/5/2022- Bu il 10 mindən çox, son 3 ildə 155 min şəxsə əlillik təyin olunub

» 5/5/2022- 5 may- beynəlxalq əlilliyi olan insanların hüquqlarının müdafiəsi günü

» 5/5/2022- “Əmək və Məşğulluq” altsistemi istifadəyə verildi

» 4/5/2022- DOST Agentliyi daha 3 beynəlxalq mükafatla təltif edildi

» 4/5/2022- Dövlət Sosial Müdafiə Fondu daha bir beynəlxalq mükafata layiq görüldü

» 4/5/2022- 50 avtomobil Vətən müharibəsi əlillərinə təqdim edildi

» 4/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/5/2022- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər.