24 Mart 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
21/4/2022 Xorvatiyada keçirilmiş çempionatdan qələbə ilə qayıdan bocciaçılarla görüş oldu


Xorvatiyada keçirilmiş çempionatdan qələbə ilə

qayıdan bocciaçılarla görüş oldu

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2022-ci ilin 2-8 aprel tarixlərində Xorvatiyada keçirilmiş “Intercontinental Challenger” qitələrarası çempionatda yüksək nəticələr göstərmiş bocciaçılarla görüş olub.

Çempionatda boccia üzrə komandamız 3 medal (Bəhruz Mirzəyev və Sona Ağayeva qızıl, Orxan Kərimov bürünc medal) qazanıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev komandanın üzvlərini bu münasibətlə təbrik edib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin paralimpiya hərəkatına xüsusi qayğısı paralimpiya oyun növlərinin, o cümlədən boccianın ölkəmizdə daim inkişaf etməsinə şərait yaradıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2018-ci ilin mart ayında Azərbaycan Boccia İdman Federasiyasının yaradılması milli boccia idmanının inkişafı və beynəlxalq qələbələr qazanması üçün geniş imkanlar açıb.

S.Babayev qısa bir vaxtda boccia komandasının uğurlu bir yol keçdiyini və ardıcıl şəkildə uğurlar, beynəlxalq yarışlarda qələbələr əldə etdiklərini diqqətə çatdırıb.

Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi boccianın inkişafına fəal dəstək verir. Boccia milli komandasının heyəti nazirliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə cəlb edilmiş əlilliyi olan şəxslərdən formalaşıb. Mərkəzdə bocciaçıların təlim məşqləri üçün şərait yaradılıb. Burada bocciaçıların qida və yataqxana, sosial-psixoloji, hüquqi və digər xidmətlərlə təminatı da həyata keçirilir.

Görüşdə Boccia komandasının baş məşqçisi İlham Məhərrəmov, “Intercontinental Challenger” qitələrarası çempionatda iştirak etmiş bocciaçılar çıxış ediblər.

Azərbaycan bocciaçılarının ötən dövrdə beynəlxalq yarışlarda 3-ü qızıl olmaqla 10 medal  qazandıqları qeyd edilib. Dövlət başçısının yüksək qayğısına cavab olaraq bundan sonra da bocciaçıların daim yeni qələbələrə imza atmaq əzmində olduqları vurğulanıb.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 389 dəfə oxunub




Flag Counter






» 07/3/2023- Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 8/3/2023- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.

» 8/3/2023- USAID-in Azərbaycan üzrə missiyasının rəhbəri Maykl Nirbas 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib

» 8/3/2023- Avropa İttifaqının səfiri: Qadın böyük qüvvədir

» 7/3/2023- Təbrik edirik!

» 6/3/2023- Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 3/3/2023- QHT Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edir

» 1/3/2023- Füzuli Mərkəzi Parkında inklüzivliyin təmin olunması müzakirə olunub

» 28/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/02/2023- UNDP Azərbaycan

» 25/2/2023- Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar şəhid Murad Məmmədovun əl işlərindən ibarət sərgi keçirilib

» 25/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 23/2/2023- Dünya Bankının insan inkişafı üzrə regional direktoru Fadia Saadahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub

» 23/2/2023- Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

» 22/2/2023- Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

» 22/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/2/2023- “Qarabağ Duyğularımın Rəngi ilə” adlı sərgi keçirilib

» 21/2/2023- “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib

» 20/2/2023- Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçirilib

» 17/2/2023- Agentlik Kiçik Qrant məbləğində dəyişiklik etdi