24 Mart 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
20/4/2022 “SOSİAL MEDİANIN İDARƏ EDİLMƏSİ”layihəsinin təqdimat tədbiri keçirilib.


 

“SOSİAL MEDİANIN İDARƏ EDİLMƏSİ”layihəsinin təqdimat tədbiri keçirilib.

 

20.04.2022-ci il tarixdə Sputnik Azərbaycan”da Əlilliyi olan şəxslərə Sosial Dəstək İctimai Birliyi  “Sosial Medianın idarə edilməsi” adlı layihənin təqdimat tədbiri keçirib.Tədbirdə Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Xatirə Bəşirova, Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Rəşidə Abdullayeva, Qeyri Hökumət təşkilatlarının rəhbərləri, Qərbi Kaspi Universitetinin nümayəndələri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi Vəfa Bünyatova  və digər qonaqlar iştirak etdilər.

Tədbiri "Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin sədri Təranə Musayeva açaraq layihə haqqında məlumat verib. O bildirib ki,  layihə  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra edilib. Layihə  01 fevral 2022-ci il tarixində başlayıb və 08 aprel 2022-ci il tarixinədək 12 təlim keçilib. Layihəyə əlilliyi olan 10 gənc cəlb olunub. Layihənin əsas məqsədi əllilliyi olan gəncləri cəmiyyətə inteqrasiya etmək, sosial  mediadan düzgün istifadə etməyin yollarını öyrətmək, əlilliyi olan gənclərin əmək bazarına çıxışını asanlaşdırmaqdir. Layihənin icrası zamanı gənclərə sosial şəbəkələrdən səmərəli istifadə etməyin, Youtube, Instagram, Facebook, Linkedin, Tiktok və s.sosial şəbəkələr üzərindən öz biznesini qurmağın, öz brendlərini yaratmağın yolları, kontentin hazırlanma qaydası, fikirlərini yazı ilə ifadə edərək müxtəlif mövzulara uyğun paylaşımlar edərək hədəf kütləsini cəlb etməyin yolları və s. öyrədilib.  Layihə müddətində gənclər ARB Televiziyasının  Media şöbəsində bir günlük təcrübə keçiblər. Layihə gənclərin  özgüvəninin artmasına, potensialının üzə çıxmasına səbəb olub. Gənclər yeni biliklər öyrənərək əlavə bacarıqlar əldə ediblər. Bu da əlilliyi olan gənclərin işə qəbul olaraq hər hansı bir şirkətin sosial media hesabını idarə etməsində,  özünü inkişaf etdirməsində və sosial media üzərindən öz biznesini quraraq  faydalanmasında  böyük kömək olacaq.  O layihənin gedişatını əks etdirən slayd və videonu təqdim edib. T.Musayeva onu da bildirib ki, layihə müddətində ictimai birliyin eyni adlı çoxfunksiyalı  https://sspwd.az/ "Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi saytı yaradılıb. Gənclərə saytın idarə edilməsi, materialların necə seçilərək yüklənməsi göstərilib. T.Musayeva saytın təqdimatını edərək saytın yaradılmasına maliyə yardımı edən Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirib. T.Musayeva onu da qeyd edib ki, "Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin  saytının yaradılması əlilliyi olan şəxslərin mariflənməsinə, onların bacarıqlarının təşviqinə, məlumatlılığın artmasına xidmət edəcək.

Təqdimatdan sonra Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Xatirə Bəşirova, Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Rəşidə Abdullayeva, Qeyri Hökumət təşkilatlarının rəhbərləri, Qərbi Kaspi Universitetinin nümayəndələri və layihə iştirakçıları çıxış edərək layihə haqqında xoş sözlər söyləyiblər.

 

 

Layihə rəhbəri:                               Təranə Musayeva

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 607 dəfə oxunub




Flag Counter






» 07/3/2023- Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 8/3/2023- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.

» 8/3/2023- USAID-in Azərbaycan üzrə missiyasının rəhbəri Maykl Nirbas 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib

» 8/3/2023- Avropa İttifaqının səfiri: Qadın böyük qüvvədir

» 7/3/2023- Təbrik edirik!

» 6/3/2023- Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 3/3/2023- QHT Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edir

» 1/3/2023- Füzuli Mərkəzi Parkında inklüzivliyin təmin olunması müzakirə olunub

» 28/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/02/2023- UNDP Azərbaycan

» 25/2/2023- Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar şəhid Murad Məmmədovun əl işlərindən ibarət sərgi keçirilib

» 25/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 23/2/2023- Dünya Bankının insan inkişafı üzrə regional direktoru Fadia Saadahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub

» 23/2/2023- Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

» 22/2/2023- Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

» 22/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/2/2023- “Qarabağ Duyğularımın Rəngi ilə” adlı sərgi keçirilib

» 21/2/2023- “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib

» 20/2/2023- Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçirilib

» 17/2/2023- Agentlik Kiçik Qrant məbləğində dəyişiklik etdi