XƏBƏRLƏR




- 16/3/2022 “Sosial Medianın İdarə Edilməsi” layihəsi üzrə təlimlər davam edir.
“Sosial Medianın İdarə Edilməsi” layihəsi üzrə təlimlər davam edir.
“Əlilliyi olan şəxslərə sosial dəstək” İB-yi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Sosial Medianın İdarə Edilməsi” layihəsi üzrə təlimləri davam etdirir. Layihə 01 fevral 2022-ci il tarixdə başlayıb. Bu vaxta kimi sosial şəbəkələrdən kortəbii istifadə edən gənclər sosial medianın bu qədər sirləri olduğunu bilmirdi. Təlimə qoşulan gənclər sosial medianın sirlərini, yootube kanalının funksionallığını, sosial mediyanın bir-biri ilə əlaqələnməsini öyrənir. Onlar sosial media üzərindən yeni biliklər öyrənməyə həvəslidirlər. Təlimlər aprel ayının 10-nadək davam edəcək.
Bu xəbər 161 dəfə oxunub