01 İyul 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
6/3/2022 Mərdəkan Reabilitasiya Pansionatına mediatur təşkil edilib


Mərdəkan Reabilitasiya Pansionatına mediatur təşkil edilib

Bu il əlilliyi olan 2050 şəxsə 8800 reabilitasiya vasitəsi verilib,
3812 şəxsə reabilitasiya xidmətləri göstərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Mərdəkan Reabilitasiya Pansionatında əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlillərinə göstərilən reabilitasiya xidmətləri ilə media nümayəndələrinin tanışlığı üçün ora mediatur təşkil edilib.

Ötən il Agentliyin reabilitasiya müəssisələrində 9325 nəfərə reabilitasiya xidmətləri göstərilib. Əlilliyi olan şəxslərə əvvəlki ilə nisbətən 37% çox olmaqla 48 min reabilitasiya vasitəsi verilib. 8716 şəxs reabilitasiya vasitələri ilə təmin olunub ki, onlardan 1200 nəfəri ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.

  2022-ci ilin ötən dövründə isə əlilliyi olan 2050 şəxsə 8800 reabilitasiya vasitəsi verilib, 3812 nəfərə isə reabilitasiya xidmətləri göstərilib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, 2020-ci ilin dekabr ayından müharibə əlillərinin yüksək texnologiyalı protezlərlə təminatına başlanıb.

Ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 44 günlük Vətən müharibəsinin 188 qazisi 196 ədəd, I Qarabağ müharibəsi əlilləri və Vətən müharibəsinə qədərki dövrdə hərbi səbəblərlə əlaqədar əliliyi müəyyən olunmuş hərbçilərdən ibarət 75 qazi 80 ədəd yüksək texnologiyalı protezlə təmin olunub.

Mərdəkan Reabilitasiya Pansionatı 2019-cu ilin dekabrında  əsaslı təmirdən sonra istifadəyə verilib. Pansionatda laboratoriya, ultrasəs, elektrokardioqrafiya müayinələri, effektiv  təsirə malik fizioterapevtik müalicə prosedurları tətbiq edilir, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmət həyata keçirilir.

Müəssisədə terapevt, nevropatoloq, kardioloq, stomatoloq, endokrinoloq, epidemioloq və d. ibarət həkim personalı çalışır. Reabilitasiya sahəsində müasir metodika və texnologiyalardan istifadə olunmaqla qabaqcıl təcrübələrin öyrənilməsi əsasında müalicə metodları tətbiq edilir. 150 çarpayılıq müəssisədə il ərzində 3000 əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilir.

Media nümayəndələri Pansionatda yaradılan şəraitlə və göstərilən reabilitasiya xidmətləri, burada tətbiq olunan fizioterapevtik prosedurlarla tanış olublar.

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 161 dəfə oxunub




Flag Counter






» 30/7/2022- Əlil Təşkilatları İttifaqı - tədbirlər 06

» 30/6/2022- Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı

» 29/6/2022- Qanuna yeni dəyişikliklər pensiya sisteminin humanist yanaşmalar əsasında əhatə dairəsini daha da genişləndirəcək

» 28/6/2022- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.

» 28/6/2022- QHT nümayəndələrinin Şuşaya 2 günlük səfəri başlayıb

» 26/6/2022- Regionlarda “DOST” mərkəzləri yaradılır

» 25/6/2022- Nazirlik ötən il 45, bu il isə 6 qrant müqaviləsi qeydə alıb

» 25/6/2022- QHT-lər tərif siyasətindən tənqid siyasətinə keçməlidir

» 25/6/2022- İctimai Şuralara keçirilən seçkilər ilə bağlı sorğu keçirilib

» 24/6/2022- Əsasən qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs üçün kiçik bizneslər yaradıldı

» 24/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/6/2022- “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı Şuşada təqdim olundu

» 22/6/2022- Mehman İsmayılov: İki ildir Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və qürurla keçirilir

» 22/6/2022- Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi

» 21/6/2022- Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

» 20/6/2022- Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir

» 20/6/2022- Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb

» 18/6/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/6/2022- Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı

» 17/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!