26 İyun 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
1/3/2022 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə təqaüd təyinatını yekunlaşdırdı


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

“Müharibə veteranı” adı verilmiş şəxslərə təqaüd təyinatını yekunlaşdırdı

Müdafiə Nazirliyi və digər qurumlar üzrə də

“Müharibə veteranı” adı verilənlərə təqaüd təyin edilib

Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən Müdafiə Nazirliyi və digər qurumlar üzrə “Müharibə veteranı” adı verilmiş şəxslərə də Prezidentin aylıq təqaüdü təyin edildi.

Sərəncama uyğun olaraq, Müdafiə, Daxili İşlər, Ədliyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında “Müharibə veteranı” adı verdikləri şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edib, Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti isə bu məlumatları kağız və elektron daşıyıcılarda təqdim ediblər.

Bu məlumatlar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən  2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və razılaşdırılaraq, adları “Zəfər” altsisteminə daxil edilmiş, habelə kağız daşıyıcılarda təqdim edilmiş veteranlara Prezidentin aylıq təqaüdünün (80 manat) təyinatı prosesi yekunlaşıb.

Həmin şəxslərə təqaüd onların müraciəti olmadan, heç bir sənəd təqdim edilmədən, e-sistem üzərindən proaktiv qaydada təyin edilib.

Təyinat 2022-ci ilin 1 yanvarından rəsmiləşdirilərək həmin vaxtdan hesablanıb ödənilir. Təqaüd təyin edildiyi anda şəxsin telefon nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan əldə edəcəyinə dair SMS göndərilir.

Müharibə veteranı üçün təqaüdün təyin edilməsi, habelə ödəniş kartını haradan əldə etmələri barədə məlumatı Nazirliyin rəsmi internet səhifəsindəki (sosial.gov.az) “Müharibə veteranı üçün təqaüd” adlı bölməyə daxil olmaqla da öyrənmək olar.

Xatırlatma üçün bildiririk ki, “Müharibə veteranı” statusu və vəsiqəsi şəxsin qulluq keçdiyi qurum tərəfindən müəyyən edilərək Nazirlər Kabineti ilə razılaşdırılmaqla verilir və bundan sonra “Zəfər” altsisteminə daxil edilir. Bunun əsasında isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqaüd təyin olunur.

 

Əlil Təşkilatları İttifaqı

  
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 178 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 22/6/2022- Mehman İsmayılov: İki ildir Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və qürurla keçirilir

» 22/6/2022- Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi

» 21/6/2022- Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

» 20/6/2022- Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir

» 20/6/2022- Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb

» 18/6/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/6/2022- Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı

» 17/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/6/2022- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2022-ci ilin yanvar-may aylarının yekunları üzrə fəaliyyətinə dair qısa məlumat

» 16/6/2022- "Partners & Business" sərgi-konfransında məşğulluq xidmətləri və əlilliyi olan şəxslərin əl işləri təqdim edilir

» 15/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/6/2022- Milli Qurtuluş Günündə Vətən müharibəsi əlillərinə bayram hədiyyəsi

» 15/6/2022- 15 iyun ölkəmizin müstəqil dövlət kimi inkişafının başlanğıc tarixinə çevrildi

» 14/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/6/2022- Əlillikdə yeni meyarlar: nə dəyişəcək?

» 12/6/2022- DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 190 benefisiara təlimlər keçirilir

» 11/6/2022- Milli QHT Forumunun yarandığı gündür

» 10/6/2022- Son 3 ildə 160 mindən çox şəxsə, postmüharibə dövründə 3 min qaziyə əlillik təyin edilib

» 9/6/2022- Prezident İlham Əliyev “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edib.

» 9/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!