05 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
23/2/2022 “İstedadlı Əlillər” Ictimai Birliyi Sumqayıt şəhəri Poeziya evində əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.


“İstedadlı Əlillər” Ictimai Birliyi Sumqayıt şəhəri Poeziya evində  əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

     “İstedadlı Əlillər” Ictimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 23 fevral 2022-ci il tarixdə Sumqayıt şəhəri Poeziya evində  “İnkluziv iqtisadi modelin inkişafı: əliliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” adlı tədbir keçirildi.

       Tədbiri giriş sözü ilə açan İB-in sədri, layihə rəhbəri Qubad Qasımov layihə barədə geniş məlumat verdi. Qubad Qasımov bildirdi ki, Layihə çərçivəsində Sumqayıt şəhəri, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala və Abşeron rayonlarında tədbirlərin keçirilməsi nəzərdə tutulur və layihə 5 ay davam edəcək. Layihənin məqsədi əhalinin aztəminatlı sosial qruplarından olan əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət proqramlarından biri olan özünüməşğulluq proqramlarında əlil vətəndaşlarının iştirakçılığının artırılması yolu ilə onların rifahı ilə şəxsi bacarıqları arasında funksional asılılığı artırmaqdır.

     Layihənin eksperti Rəşad Həsənov tədbirdə əlilliyi olan şəxslərə özünüməşğulluq proqramının mahiyyəti, əhəmiyyəti, onların sosial rifahı üçün ortaya qoyduğu imkanlar, proqramdan yararlanmağın üstünlükləri, proqrama müraciət etmə və iştirak qaydaları, ailə təsərrüfatı və yaxud kiçik biznesin yaradılması üçün təmin edilən dəstək və s. bu kimi məsələlər haqqında geniş və ətraflı məlumat verdi.

    Tədbirdə Məşğulluq Agentliyinin Sumqayıt Regional İdarəsinin numayəndəsi Zaur Allahverdiyev əlilliyi olan şəxslərə özünəməşğulluq proqramının qanunvericiliyə uyğunluğu haqqında  məlumat verdi və sualları cavablandırdı.

   Daha sonura KOBİA Abşeron regional koordinatoru Elmar Rzayev, KOBİA Sumqayıt şəhər numayəndəsi Lalə Bilalova, Əlil Təşkilatlar İttifaqının Prizdenti Davud Rəhimli, ƏSMİD ictimai birliyinin sədri Səbinə Kərimova cıxış edərək layihənin vacibliyi və aktuallığını vurguladılar. 

    Tədbir çərçivəsində özünüməşğulluq proqramı geniş müzakirə edilərək, iştirakçıların təklifləri dinlənildi.

    Sonda layihənin rəhbəri Qubad Qasımov layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.

  

Qubad Qasımov

“İstedadlı Əlillər” İctimai Birliyinin sədri

 

 

Əlil Təşkilatları İttifaqı

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 753 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü