04 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
21/2/2022 Yaponiyanın ölkəmizdəki səfiri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub


Yaponiyanın ölkəmizdəki səfiri DOST İnklüziv İnkişaf və

Yaradıcılıq Mərkəzi ilə tanış olub

Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan şəxslərin yaradıcılıq potensialının inkişafı üçün yaradılan şəraitlə tanış olub.

Mərkəzdə V.Cüniçi ilə keçirilən görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası, cəmiyyətə fəal inteqrasiyası sahəsində aparılan dövlət siyasəti barədə məlumat verib.

Qeyd olunub ki, ötən ilin oktyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə Bakıda açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də əlilliyi olan insanların istedad və inteqrasiyasına xüsusi qayğının növbəti təzahürüdür. Mərkəz Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb və Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər çoxşaxəli fəaliyyət sahələrini əhatə edən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır.

V.Cüniçi Mərkəzdə əlilliyi olan şəxslərin yaradıcılıq qabiliyyətlərinin inkişafı ilə bağlı yaradılan şərait, burada aparılan işlər, dövlətimizin əlilliyi olan şəxslərin sosial müdafiəsi və inteqrasiyası sahəsində siyasəti barədə xoş təəssüratlarını qeyd edib. 

İki ölkədə aparılan sosial islahatlara və gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyi münasibəti ilə Nippon Fondu, Milli Abilimpiya Federasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda “True Color Festival”ının keçirilməsi, Yaponiya və Azərbaycanda olan abilimpiya hərəkatı barədə müzakirələr aparılıb.

Görüşdə səfir Azərbaycan tərəfini Yaponiyadakı inklüziv müəssisələrlə tanışlıq, təcrübə mübadilələri üçün ölkəsinə dəvət edib.

Qonaqlara əlilliyi olan şəxslərin əl işləri və “Əlillik qüsur deyil” kitab-albomu hədiyyə olunub.

Əlil Təşkilatları İttifaqı

  
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 530 dəfə oxunub




Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü