XƏBƏRLƏR




- 21/2/2022 Sosial Xidmətlər Agentliyi Bakıda sağlamlıq imkanları məhdud 100-dən çox uşağa səyyar formada reabilitasiya xidmətləri göstərir
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Sosial Xidmətlər Agentliyi Bakıda sağlamlıq imkanları məhdud 100-dən çox uşağa səyyar formada reabilitasiya xidmətləri göstərir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Sosial Xidmətlər Agentliyinin ötən il başladığı xidmət çərçivəsində hazırda sağlamlıq imkanları məhdud 110 uşaq səyyar formada (evlərində) reabilitasiya xidmətləri ilə təmin olunur.
Onlar daun sindromlu, uşaq serebral iflici, eşitmə məhdudiyyətli, hidrosefaliya, mikrosefaliya, sağ və sol yuxarı ətrafların inkişaf geriiliyi olan 6 yaşadək uşaqlardır.
Agentliyin psixoloq, pedaqoq, sosial işçi və loqopedlərdən ibarət mütəxəssis qrupları həmin uşaqların ünvanlarına gedərək, onları kompleks sosial-psixoloji və sosial-pedaqoji reabilitasiya xidmətləri ilə təmin edir.
Qeyd olunan uşaqlarda davranış pozuntuları, diqqət çatışmazlığı, hiperaktivlik, adaptasiya problemi və s. kimi halların reabilitasiyası üüçün işlər aparılır.
Bu məqsədlə müxtəlif proqram və terapiyalardan, pedaqoji texnika və pediatrik reabilitasiya üsullarından istifadə olunur.
Valideynlər üçün maarifləndirici təlim və seminarlar, dəstək qrupları da təşkil edilir. Sağlamlıq imkanları məhdud 16 uşağın səyyar sosial reabilitasiyası kursu isə artıq uğurla başa çatıb.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 527 dəfə oxunub