XƏBƏRLƏR




- 17/2/2022 Qlobal Əlillik Sammiti - 2022
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Qlobal Əlillik Sammiti - 2022
16 və 17 fevral 2022-ci il tarixlərində Beynəlxalq Əlillər Alyansı (BİA), Norveç Hökuməti və Qana Hökuməti (GDS22) ikinci Qlobal Əlillik Sammitinə ev sahibliyi etdilər. COVID-19 pandemiyası ilə əlaqədar və Sammitdə inklüziv iştirakın təmin edilməsi məqsədilə tədbir rəqəmsal platformada keçirilib. Sammitin məqsədi əlilliyi olan insanlar üçün davamlı dəyişiklik əldə etməkdir. Uğur qazanmaq üçün hökumətlərin, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin və özəl sektorun inklüzivliyi və hüquqa əsaslanan inkişafı təşviq etmək üçün səylərini gücləndirmək öhdəliyi götürmələri çox vacibdir. Bir sıra fərqli diqqət sahələri iki əsas mövzu, "mənalı məşğulluq" və "Covid-19 sonra daha yaxşı və daha əhatin yenidən qurulması" altında müzakirə olunmuşdur. Sammitin mövzuları universaldır və 2030-cu il Gündəliyinə uyğundur, lakin Sammitdə əsas diqqət Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqdan ən uzaq olan ölkələrə yönəldiləcək. Sammitin açılışında Baş nazir Jonas Qahr Störe, Qana Prezidenti Akufo-Addo və Beynəlxalq Əlillər Alyansının prezidenti Yannis Vardakastanis ilə yanaşı, BMT-nin Baş katibi Antonio Quterreş də iştirak edib. Digər iştirakçılar arasında BMT-yə üzv dövlətlərin yüksək səviyyəli nümayəndələri, BMT təşkilatlarının və çoxtərəfli inkişaf banklarının rəhbərləri, eləcə də əlilliyi olan şəxslərin təşkilatlarının nümayəndələri olub.
Azərbaycan Əlillər Təşkilatları İttifaqı
Bu xəbər 609 dəfə oxunub