16 May 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
27/1/2022 Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlar mükafatlandırılıb


Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən

sosial tərəfdaşlar mükafatlandırılıb

 

Korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edərək həssas qruplara dəstək proqramların icrasına töhfəsini verən sosial tərəfdaşların mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, millət vəkilləri Musa Quliyev, Arzu Nağıyev və başqaları, eləcə də işəgötürənlər iştirak ediblər.

Prezident İlham Əliyevin tapşırığı əsasında sosial müdafiə və aktiv məşğulluq proqramlarının ildən-ilə xeyli genişləndiyini vurğulayan S.Babayev sosial tərəfdaşların korporativ sosial məsuliyyət çərçivəsində bu proqramların icrasına göstərdiyi dəstəyi qeyd edib.

Nazir həssas əhali qruplarına yönələn irihəcmli sosial layihələrdə dövlət  qurumları ilə yanaşı, özəl sektoru təmsil edən şirkətlərin də iştirakını diqqətə çatdırıb. Şəhid ailələri və müharibə əlillərinin, digər həssas qruplardan olanların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, onların avtomobillə təminatı, aztəminatlı ailələrin maddi dəstəklə təmin edilmələri və digər sahələrdə aparılan dəstək işlərində onların sosial tərəfdaşlıq müstəvisində öz töhfələrini verdiyini bildirib. 

S.Babayev sosial tərəfdaşların aktiv məşğulluq tədbirlərinin icrası, özünüməşğulluq proqramının genişləndirilməsi işlərində də korporativ sosial məsuliyyət çərçivəsində dəstək göstərdiklərini diqqətə çatdırıb.

Nazir “Məşğulluq marafonu”nun da korporativ sosial məsuliyyətin bir nümunəsi olduğunu, işəgötürənlərin şəhid ailəsi üzvləri və qazilərin məşğulluğunun təminatına xidmət edən bu marafonda yaxından iştirak etdiklərini deyib. Qeyd edib ki, marafona artıq 610 işəgötürən qoşularaq 4030 vakansiya təqdim edib və həmin vakansiyalar üzrə 1600-dən çox şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.

Digər çıxış edənlər ölkəmizdə həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasına xidmət edən proqramlarda sosial tərəfdaşların fəal iştirakını həmrəylik nümunəsi kimi də qeyd edərək, ümumən vətəndaş rifahının təminatı proseslərinə dəyərli töhfə olduğunu vurğulayıblar.

Sonra məşğulluq layihələrində fəal iştirakı ilə seçilən sosial tərəfdaşlara şəhid ailələri üzvlərinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin, gənclərin, qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaşlar, həmçinin “Məşğulluq" altsisteminə ən çox vakansiya yerləşdirən, “Məşğulluq" altsistemi üzərindən göndərişlər əsasında ən çox əmək müqaviləsi bağlayan, ən aktiv özəl sosial tərəfdaşlar nominasiyaları üzrə mükafatlar təqdim edilib.

Əlil Təşkilatları İttifaqı  
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 168 dəfə oxunub




Flag Counter






» 16/5/2022- Öyrən, əylən, peşəni seç! Peşələr festivalı başlayıb

» 15/5/2022- “Küləyə qalib gəl” - Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.

» 14/5/2022- Vətən müharibəsi əlillərinin də iştirakı ilə inklüziv veloyürüş təşkil olunub

» 13/5/2022- Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13 May 2022-ci il tarixində Abşeron Rayon “Heydər Əliyev Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

» 12/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 145/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/5/2022- Ümummilli Lider Heydər Əliyev - 99

» 10/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 9/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/5/2022- Son nəsil protezlə təmin edilmiş qazilərin futbol yarışı keçirildi

» 6/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 5/5/2022- Bu il 10 mindən çox, son 3 ildə 155 min şəxsə əlillik təyin olunub

» 5/5/2022- 5 may- beynəlxalq əlilliyi olan insanların hüquqlarının müdafiəsi günü

» 5/5/2022- “Əmək və Məşğulluq” altsistemi istifadəyə verildi

» 4/5/2022- DOST Agentliyi daha 3 beynəlxalq mükafatla təltif edildi

» 4/5/2022- Dövlət Sosial Müdafiə Fondu daha bir beynəlxalq mükafata layiq görüldü

» 4/5/2022- 50 avtomobil Vətən müharibəsi əlillərinə təqdim edildi

» 4/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/5/2022- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər.