05 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
3/12/2021 “Əlil sahibkarlara dəstək” layihəsinə başlanılıb


Sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası, sosial sahibkarlıq fəaliyyətini təşviq etmək məqsədilə yeni layihəyə - “Əlil sahibkarlara dəstək” layihəsinə start verilib. Layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi), “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Bakı Mühəndislik Universiteti, “FORİELLA” MMC və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək. Layihə çərçivəsində əlilliyi olan və sahibkarlıq fəaliyyətinə maraq göstərən şəxslər xalçaçılıq, dərzi, foto və video operator, məişət və elektron avadanlıqların təmiri istiqamətlərində peşə biliklərinə yiyələnəcəklər. Bu məqsədlə layihənin tərəfdaşları tərəfindən iştirakçılar üçün peşə təlimləri, biznes planın hazırlanması, sahibkarlıq fəaliyyətinin idarə olunması və inkişafı sahəsində məsləhət xidmətləri göstəriləcək. Müvafiq təlimləri uğurla bitirən şəxslərə özünüməşğulluq proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlar veriləcək.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, 3 dekabr - Beynəlxalq Əlillər Günündə “Əlil sahibkarlara dəstək” layihəsi ictimaiyyətə təqdim olunub. Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, əlilliyi olan şəxslər və sahibkarlar iştirak ediblər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin İdarə Heyətinin sədri Mirzə Məmməd Vəliyev layihənin sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyasına, onların biznesyönümlü bilik və bacarıqlarının artırılmasına, sosial sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsinə, yeni biznes təşəbbüslərinin dəstəklənməsinə, sosial cəhətdən həssas qrupların əmək bazarına çıxışına dəstək olacağını qeyd ediblər.

Sonra KOBİA, Dövlət Məşğulluq Agentliyi, Dayanıqlı Operativ Sosial Təminat Agentliyi, “Azərsu” ASC, Bakı Mühəndislik Universiteti, “FORİELLA” MMC və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi arasında “Əlil sahibkarlara dəstək” layihəsi üzrə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

KOBİA-nın departament müdiri Elnur Əliyev layihə ilə bağlı təqdimatla çıxış edib.

Tədbir çərçivəsində, həmçinin həssas sosial kateqoriyaya aid şəxslərin məşğulluğuna dəstək göstərmiş bir qrup sahibkara təşəkkürnamələr təqdim edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 714 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü