09 Dekabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
15/10/2021 Böyük Britaniyanın müvafiq qurumları ilə sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub


Böyük Britaniyanın müvafiq qurumları ilə sosial sahədə əməkdaşlığın

genişləndirilməsi imkanları müzakirə olunub

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ceyms Şarpın görüşü olub.

Nazir Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il Vətən müharibəsində əldə etdiyi tarixi Zəfəri vurğulayıb. Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı yurd yerlərimizin azad edildiyini, erməni faşizminin bütün infrastrukturu talan edərək dağıtdığı həmin ərazilərdə geniş quruculuq işləri aparıldığını bildirib. O, dost ölkələrin də bu prosesdə iştirakının ölkəmiz üçün prioritet olduğunu qeyd edib.

Azərbaycanda aparılan sosial islahatları diqqətə çatdıran S.Babayev həssas qrupların sosial müdafiəsi istiqamətində atılan addımları, ölkəmizin yeni brendi olan DOST konsepsiyasını diqqətə çatdırıb. Əlillik sahəsində islahatlar, reabilitasiya sisteminin müasirləşdirilməsi və effektivliyinin, əlçatanlığının artırılması üçün aparılan işlər barədə məlumat verib. Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması üçün “British Council” ilə birgə icra edilən layihənin önəmini qeyd edib. Demoqrafik tədqiqatların aparılması və kadr potensialının yaradılması sahəsində BP şirkəti ilə əməkdaşlığın müsbət nəticələrinin olduğunu bildirib.

Azərbaycanla Böyük Britaniyanın əlaqələrinin uğurla inkişaf etdiyi, Böyük Britaniyanın müvafiq qurumları ilə əmək, məşğulluq, sosial müdafiə, əlilliyi olan şəxslərin reabilitasiyası, sosial xidmətlərin “bir pəncərə”dən təqdim edilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi, fəal təcrübə mübadiləsi üçün də böyük potensialın olduğu qeyd edilib.

C.Şarp ikitərəfli əməkdaşlıq əlaqələrinin daim genişləndiyini, sosial sahədə əlaqələrin inkişafı, təcrübə mübadilələrinin aparılması üçün mövcud imkanlardan istifadənin qarşılıqlı fayda verə biləcəyini bildirib.

Görüşdə Nazirliklə Böyük Britaniyanın müvafiq qurumları arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

 

Əlil Təşkilatları İttifaqı  
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 104 dəfə oxunub




Flag Counter