26 Oktyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
5/10/2021 Yuxarı ətrafları amputasiya olunmuş qazilərin son nəsil protezlərlə təminatına başlandı


Yuxarı ətrafları amputasiya olunmuş qazilərin son nəsil

 protezlərlə təminatına başlandı

Nazir Sahil Babayev yüksək texnologiyalı protezlərlə təmin edilən qazilərlə görüşdü

Yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatına başlanıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazilərin protezlərlə təmin edilməsi tədbirində iştirak edib, son nəsil protezlərlə təmin edilən qazilərdən bir qrupu ilə görüşüb.

Nazir bildirib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ötən il Vətən müharibəsində tariximizin şanlı qəhrəmanlıq səhifəsini yazdı. Misilsiz döyüş hazırlığı nümayiş etdirərək möhtəşəm Zəfər qazandı və yurd yerlərimizi Ermənistanın 30 ilə yaxın davam etmiş işğalından azad etdi. 

S.Babayev postmüharibə dövründə Nazirliyin reabilitasiya mərkəzlərində 1500 qaziyə xidmətlər göstərildiyini deyib. Birinci və İkinci Qarabağ müharibəsi əlillərindən ibarət 1000-ədək şəxsin 9100-dən çox reabilitasiya vasitəsi ilə, əksəriyyəti qazilər olan 850 əlilliyi olan şəxsin mühərrikli təkərli oturacaqla təmin edildiyini diqqətə çatdırıb.

Bildirib ki, hələ 2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərimiz Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fondun icra etdiyi xüsusi layihə çərçivəsində Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin ediliblər.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə son illər Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində də dünyanın məşhur protez istehsalçılarından olan “OTTO BOKK” şirkəti (Almaniya) ilə əməkdaşlıq şəraitində yüksək texnologiyalı protezlərin hazırlanması sexi qurulub. Beləliklə, Vətən müharibəsində Zəfər əldə etdikdən az sonra, 2020-ci ilin dekabrında müharibə əlillərinin yüksək texnologiyalı, elektron protezlərlə təminatı işləri aparılır. Amputasiyası olan 180 qazidən artıq 145 hərbçi yüksək texnologiyalı, son – 4-cü nəsil müasir protezlərlə təmin edilib.

Yuxarı ətrafları amputasiya olunmuş 29 qazidən də bu günlərdə İslandiyanın “ÖSSUR” şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri ilə birgə müvafiq ölçülər götürülüb və onların da yüksək texnologiyalı protezlərlə təminatına başlanıb. Bu gün də yüksək texnologiyalı protezlərlə təmin olunan qazilər yuxarı ətrafları amputasiya olunmuş şəxslərdir ki, onlara da son nəsil protezlər verildi. 

Görüşdə qazilər onlarla bağlı bütün sahələrdə aparılan dəstək işlərindən razılıqla bəhs edib, göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

  Əlil Təşkilatları İttifaqı 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 67 dəfə oxunub




Flag Counter






» 26/10/2021- Bu il 1300-ə yaxın əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

» 25/10/2021- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

» 26/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 22/10/2021- Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı olub Açılışda Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva iştirak ediblər

» 22/10/2021- Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olublar.

» 22/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/10/2021- 20 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 20/10/2021- Şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olanlara 50 mənzil verildi

» 21/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/10/2021- “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artaraq 558-ə çatdı

» 18/10/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyənin əmək və sosial müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş oldu

» 18/10/2021- Dövlət başçısının yeni Sərəncamı ilə sosial ödənişlərin artımı kimləri əhatə edəcək?

» 19/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/10/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda səfərdə olublar

» 16/10/2021- Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 18/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 18/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- Böyük Britaniyanın müvafiq qurumları ilə sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

» 15/10/2021- Hamı üçün layiqli iş. Əlilliyi olan şəxslər üçün təlimlər.

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!