17 Oktyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
16/9/2021 Məşğulluq sahəsində yeni konsepsiya və metodologiyanın, e-platformaların təqdimatı olub


Məşğulluq sahəsində yeni konsepsiya və metodologiyanın,

e-platformaların təqdimatı olub

 

                 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məşğulluq xidmətlərinin təkmilləşdirilməsi sahəsində aparılan işlər müzakirə edilib, məşğulluq sahəsində yeni konsepsiya və metodologiyanın, e-platformaların təqdimatı olub.

                 Sosial islahatların məşğulluq sahəsini də geniş şəkildə əhatə etdiyini bildirən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mühüm islahat istiqaməti kimi məşğulluq xidmətlərinin rəqəmsal infrastrukturunun qurulması istiqamətində son illərdə mühüm addımların atıldığını qeyd edib. O, “Məşğulluq” altsisteminin yaradılaraq, bütün vakansiyaların bu e-sistemdə toplandığını, iş və işçi qüvvəsi üçün bütün müraciətlərin də həmin e-sistemdə qarşılandığını, məşğulluq sahəsi ilə bağlı hesabat təqdimetmə prosedurlarının elektron müstəviyə keçirildiyini deyib.

                 Nazir həmçinin işsiz və işaxtaran şəxslərin qeydiyyatının, fərdi məşğulluq proqramlarının tərtibinin elektronlaşdırıldığını qeyd edib. Məşğulluq xəritəsinin, “BACAR” virtual informasiya resursunun, “E-əmək birjası və yarmarkası” sisteminin və s. hazırlanmaqda olduğunu bildirib. Qurulmaqda olan “Əmək münasibətləri və məşğulluq” (ƏMAS) e-platformasının ölkə üzrə əmək münasibətlərini, məşğulluq, əmək və məşğulluğa nəzarət, hesabatlılıq, təhlil kimi funksional istiqamətləri və s. əhatə edəcəyini deyib.

                 Bildirilib ki, digər islahat istiqaməti məşğulluq xidmətlərinin işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışında, məşğulluğunun təmin olunmasında daha çevik və effektiv rola malik olmasına yönəlib. Bunun üçün vacib şərtlərdən biri ilk növbədə işsiz və işaxtaran şəxslərin real imkan və bacarıqları müqabilində onların məşğulluq imkanlarının qiymətləndirilməsi üçün daha təkmil mexanizmin qurulmasıdır. Bu əsasda onlarla bağlı görüləcək məşğulluq tədbirlərinin ardıcıllığının və sistemliliyinin təmin edilməsi, həmin şəxslərlə bağlı fərdi məşğulluq proqramının tərtibatında da bu ardıcıllığın nəticəyə yönəlik prinsip üzrə düzgün müəyyən olunması xüsusi önəm kəsb edir.

                 İclasda Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə, ƏMAS e-platformasına, “Məşğulluq xəritəsi”nə, məşğulluğa yeni yanaşma üzrə konsepsiya sənədinə, əmək bazarı və məşğulluq bülleteninə, Ərazi Məşğulluq Filiallarının fəaliyyətinin qiymətləndirilməsinə dair təqdimatlar olub. Həmçinin məşğulluğun qiymətləndirilməsi üzrə hazırlanmış yeni metodologiya layihəsi təqdim edilib, təqdimatlar əsasında müzakirələr aparılıb.

 

Əlil Təşkilatları İttifaqı

 

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 76 dəfə oxunub




Flag Counter






» 15/10/2021- Hamı üçün layiqli iş. Əlilliyi olan şəxslər üçün təlimlər.

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/10/2021- Oktyabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

» 12/10/2021- QHT nümayəndələri təlimə dəvət olunur - ELAN

» 11/10/2021- Samux rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışı oldu

» 11/10/2021- Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları

» 11/10/2021- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.

» 9/10/2021- “İnamla Səyahət: İnklüziv İctimai Nəqliyyat Mühitinin Yaradılması” layihəsi çərçivəsində təlim keçmişdir.

» 8/10/2021- FƏRQLİ İNSANLARLA FƏRQLİ İŞLƏR OLACAQ

» 8/10/2021- Azərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platformanın - “ictimaishura.az” saytının təqdimatı keçirilib.

» 8/10/2021- Vahid əlaqələndirmə mərkəzləri üzrə Komissiyanın iclası keçirilib

» 8/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/10/2021- Bir qrup gözdən əlilliyi olan şəxsə mənzillər təqdim olunub

» 7/10/2021- AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Q Ə R A R

» 7/10/2021- AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Q Ə R A R

» 7/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/10/2021- Postmüharibə dövründə şəhid ailələri üzvləri, qazilər və erməni terrorundan zərər çəkənlərdən ibarət 5320 şəxs özünüməşğulluq proqramına cəlb edilib

» 7/10/2021- “Dəmir qanadlı” şəhidin övladları DSMF sədri ilə bir gün keçirdi