17 Oktyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
6/9/2021 Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının əlilliyi olan idmançılarını və onların məşqçilərini həvəsləndirmək məqsədilə qərara alıram:

1. Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında əldə etdikləri ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

1.1. birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min), onun məşqçisinə 100 000 (yüz min) manat;

1.2. ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min), onun məşqçisinə 50 000 (əlli min) manat;

1.3. üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min), onun məşqçisinə 25 000 (iyirmi beş min) manat.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 sentyabr 2021-ci il

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 95 dəfə oxunub




Flag Counter






» 15/10/2021- Hamı üçün layiqli iş. Əlilliyi olan şəxslər üçün təlimlər.

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/10/2021- Oktyabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

» 12/10/2021- QHT nümayəndələri təlimə dəvət olunur - ELAN

» 11/10/2021- Samux rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışı oldu

» 11/10/2021- Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları

» 11/10/2021- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.

» 9/10/2021- “İnamla Səyahət: İnklüziv İctimai Nəqliyyat Mühitinin Yaradılması” layihəsi çərçivəsində təlim keçmişdir.

» 8/10/2021- FƏRQLİ İNSANLARLA FƏRQLİ İŞLƏR OLACAQ

» 8/10/2021- Azərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platformanın - “ictimaishura.az” saytının təqdimatı keçirilib.

» 8/10/2021- Vahid əlaqələndirmə mərkəzləri üzrə Komissiyanın iclası keçirilib

» 8/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/10/2021- Bir qrup gözdən əlilliyi olan şəxsə mənzillər təqdim olunub

» 7/10/2021- AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Q Ə R A R

» 7/10/2021- AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Q Ə R A R

» 7/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/10/2021- Postmüharibə dövründə şəhid ailələri üzvləri, qazilər və erməni terrorundan zərər çəkənlərdən ibarət 5320 şəxs özünüməşğulluq proqramına cəlb edilib

» 7/10/2021- “Dəmir qanadlı” şəhidin övladları DSMF sədri ilə bir gün keçirdi