07 Dekabr 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
15/6/2021 Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.


Şuşa, 15 iyun, AZƏRTAC

İyunun 15-də Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan musiqili kompozisiyaya baxıblar.

Musiqili kompozisiyada Azərbaycan Atçılıq Federasiyasının təqdim etdiyi Qarabağ atlarının möhtəşəm çıxışının müşayiəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının, Azərbaycan Dövlət Rəqs ansamblının, “Mirvari” rəqs ansamblının və Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin rəqsləri, “Natiq” ritm qrupunun ifaları təqdim olunub. Proqramda Azərbaycanın və Türkiyənin xalq və bəstəkar mahnıları səslənib.

Tədbir zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edilib. “Xarıbülbül” kompozisiyasında Qarabağın rəmzi sayılan iki xarıbülbül gülü birləşərək Azərbaycan ilə Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirir.

Şuşada təşkil olunan tədbirin qonaqlarına, həmçinin Heydər Əliyev Fondunun “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusu hədiyyə olunub. Topluya ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarlığını və xalçaçılıq sənətini əks etdirən ayrı-ayrı nəşrlər daxildir. Qonaqlara, həmçinin Şuşa səfəri ilə bağlı xatirə medalları təqdim edilib.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 499 dəfə oxunub




Flag Counter






» 6/12/2022- Milli Xalça Muzeyində “İstedad sərhədsizdir” adlı sərgi açılıb

» 6/12/2022- Dünya Bankının tədbirində ölkəmizdəki dayanıqlı sosial müdafiə sistemi və bu sahədə hədəflərdən bəhs olunub

» 6/12/2022- “İşsizin dostu” proqramında hazırda 7,2 min müharibə veteranı, şəhid ailəsi üzvü, əlilliyi olan şəxs işləyir

» 6/12/2022- Əlilliyi olan şəxslərin məşğulluq imkanları müzakirə olunub

» 5/12/2022- QHT-lər bu halda cərimələnəcək - QANUN LAYİHƏSİ

» 3/12/2022- Qrant müsabiqəsinin qalibləri elan edildi - SİYAHI

» 3/12/2022- QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun 10-21 oktyabr 2022-ci il tarixlərində keçirdiyi 16-cı qrant müsabiqəsinin qalibləri müəyyən edilib.

» 3/12/2022- 3 dekabr 2022. “İnklüziv inkişaf üçün transformativ həllər: əlçatan və ədalətli dünyanı gücləndirməkdə innovasiyaların rolu”.

» 3/12/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/12/2022- “Azərbaycanda mina partlayışı qurbanlarına yardım” mövzusunda dəyirmi masa keçirilmişdir.

» 1/12/2022- Pensiyaçılar arasında keçirilən “Zəfər turniri”nin final mərhələsi və “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub

» 30/11/2022- Avropa İttifaqı "Yerüstü minalarsız Cənubi Qafqaz" regional kampaniyasını dəstəkləyir

» 30/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/12/2022- QHT Agentliyinin dəstəyilə uşaq inkişaf mütəxəssisləri üçün maarifləndirmə tədbiri təşkil olunub

» 30/11/2022- "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə

» 30/11/2022- "Biz Birik - Sağlam və inklüziv həyat" layihəsi çərçivəsində sosial çarx

» 29/11/2022- Sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi layihəsi uğurla başa çatdı

» 29/11/2022- "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə sona çatdı!

» 26/11/2022- "Biz bir ailəyik - biz qalibik" adlı tədbir keçirilmişdir

» 25/11/2022- Agentlikdə Əvəz Həsənovun xatirəsi anılıb