XƏBƏRLƏR




- 21/5/2021 1 İYUN UŞAQLARIN MÜDAFİƏSİ GÜNÜNƏ HƏSR EDİLMİŞ “ŞİRİN RƏNGLƏR RƏSM FESTİVALI”
Press-Reliz
1 İYUN UŞAQLARIN MÜDAFİƏSİ GÜNÜNƏ HƏSR EDİLMİŞ
“ŞİRİN RƏNGLƏR RƏSM FESTİVALI”
1 iyun Uşaqların Müdafiəsi günü ilə əlaqədar olaraq Azərbaycan Brendlər Birliyinə daxil olan Mosaic Fashion Club və B&G Store brendləri Ailə Sosial Araşdırmalar İctimai Birliyi və Uşaq Qaynar Xətt Xidməti ilə məməkdaşlıqda “Şirin Rənglər” Rəsm Festivalı keçirir. Festivalın məqsədi şirkətlərin sosial korporativ məsuliyyəti çərçivəsində uşaqların yaradıcılığa marağının artırılması və bu xüsusi günü onlar üçün daha da yadda qalan etməkdir. Festivalın sonunda qaliblər B&G Store brendinə məxsus 200 azn, 150azn və 100azn dəyərində hədiyyə kartları ilə mükafatlandırılacaqlar. Bununla yanaşı qaliblərin rəsmləri 6 ay müddətində mağazada sərgilənəcək.
Festivalda iştirak şərtləri:
✨Uşaqların 05-14 yaş aralığında olması
✨Şəkilin ölçüsünün 50x50 nisbətində olması
✨Rəsmdə B&G Store brendinin logosunun əks edilməsi
✨Mövzunun uşaqların müdafiəsi günü ilə əlaqəli olması
Qeydiyyatdan keçmək və ətraflı məlumat üçün link: https://bit.ly/3yhTFW9 . Festivalda iştirak edcəcək rəsmləri 27 may saat 21:00 kimi Ə. Əliyev 9-11, B&G Store mağazasına təqdim edə bilərsiniz.
Qaliblərin seçimi 1 iyun 2021-ci il tarixdə olacaq.
Hörmətlə,
Azərbaycan Brendlər Birliyinin
İctimaiyyətlə əlaqələr üzrə nümayəndəsi
Günay Malikqızı
Bu xəbər 906 dəfə oxunub