01 İyul 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
3/5/2021 Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsində Ombudsman Aparatı ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda onlayn tədbir təşkil edilib. Tədbirdə Ombudsman, Aparatın əməkdaşları, habelə əlilliyi olan şəxslər və bu sahədə fəaliyyət göstərən təşkilatların nümayəndələri  iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ombudsman Səbinə Əliyeva əlilliyi olan şəxslərin hüquqlarının səmərəli müdafiəsində Ombudsmanın rolu, bu sahədə vətəndaş cəmiyyəti ilə əməkdaşlığın gücləndirilməsinədair məruzə ilə çıxış edib. Səbinə Əliyeva BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi haqqında” Konvensiyasının 33.2-ci maddəsinə əsasən Ombudsmanın bu sahədə müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirdiyini qeyd edərək, bu əhali qrupunun hüquqlarının təmin edilməsində təsisatın fəaliyyət istiqamətlərini açıqlayıb.

Ombudsman əlilliyi olan şəxslər üçün müxtəlif sahələrdə xidmətlərin əlçatanlığının təmin olunması istiqamətində həyata keçirilmiş işlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verib.

Daha sonra Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə, Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli, Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli məruzə ilə çıxış ediblər. Çıxışlarda əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə strateji yanaşmalar, Ombudsmanın bu sahədə fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib.

Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində fəaliyyətləri, çətinlikləri və qarşıda duran işlərlə bağlı geniş məlumat veriblər. Tədbirdə Azərbaycan Əfqanıstan Veteranları İttifaqı, Qarabağ Əlillər və Veteranlar Cəmiyyəti, “Müstəqil Həyat Tərzi” Əlillərə Dəstək İctimai Birliyi, Əlil Qadınlar Cəmiyyəti, Azərbaycana Birgə Yardım (UAFA) Təşkilatının  Gəncə şöbəsi, Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi, Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsinin nümayəndələri bir sıra təkliflərlə çıxış ediblər.

Tədbirdə əlilliyi olan şəxslərin qarşılaşdığı problemlər səsləndirilib. OmbudsmanSəbinə Əliyeva müraciətləri dinləyib, sualları cavablandırmaqla yanaşı, qaldırılan məsələləri diqqətdə saxlayacağını bildirib.

Yekunda Ombudsman təsisatı ilə əlilliyi olan şəxslərin təmsil olunduğu vətəndaş cəmiyyəti institutları arasında gələcək əməkdaşlıq istiqamətləri üzrə  müzakirələr aparılıb.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 404 dəfə oxunub




Flag Counter






» 30/7/2022- Əlil Təşkilatları İttifaqı - tədbirlər 06

» 30/6/2022- Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı

» 29/6/2022- Qanuna yeni dəyişikliklər pensiya sisteminin humanist yanaşmalar əsasında əhatə dairəsini daha da genişləndirəcək

» 28/6/2022- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.

» 28/6/2022- QHT nümayəndələrinin Şuşaya 2 günlük səfəri başlayıb

» 26/6/2022- Regionlarda “DOST” mərkəzləri yaradılır

» 25/6/2022- Nazirlik ötən il 45, bu il isə 6 qrant müqaviləsi qeydə alıb

» 25/6/2022- QHT-lər tərif siyasətindən tənqid siyasətinə keçməlidir

» 25/6/2022- İctimai Şuralara keçirilən seçkilər ilə bağlı sorğu keçirilib

» 24/6/2022- Əsasən qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs üçün kiçik bizneslər yaradıldı

» 24/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/6/2022- “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı Şuşada təqdim olundu

» 22/6/2022- Mehman İsmayılov: İki ildir Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və qürurla keçirilir

» 22/6/2022- Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi

» 21/6/2022- Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

» 20/6/2022- Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir

» 20/6/2022- Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb

» 18/6/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/6/2022- Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı

» 17/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!