XƏBƏRLƏR




- 17/3/2021 Əlilliyin qiymətləndirilməsi və təyin olunması meyyarları müzakirə olunmuşdur.
Əlilliyin qiymətləndirilməsi və təyin olunması meyyarları müzakirə olunmuşdur
17 mart 2021-ci il tarixdə Əlil Təşkilatları İttifaqının təşkilatçılığı ilə ZOOM Konfrans formatında əlilliyin qiymətləndirilməsi və təyin olunması meyyarları müzakirə olunmuşdur. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin sektor müdiri Məmməd Xasıyev, TƏBİB-in Stasionar Tibbi Xidmətin Təşkili Şöbəsinin müdiri Kəmalə Ağayeva və Əlil Təşkilatları İttifaqının üzv təşkilatlarının nümayəndələri iştirak ediblər.
Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli iştirakçılara konfransın məqsədi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, əlilliyin təyin olunması sahəsində son vaxtlar problemlər çoxalmış və aktuallaşmışdır. Bu səbəbdən aidiyyati dövlət qurumlarının nümayəndələrinin məsələyə münasibətlərini öyrənmək, müzakirələr aparmağa ciddi eytiyac vardır.
Görüşdə təşkilat rəhbərləri onlara olunan müraciətlər, problemlər və onların həlli yolları barədə çıxış etmişlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin sektor müdiri Məmməd Xasıyev, TƏBİB-in Stasionar Tibbi Xidmətin Təşkili Şöbəsinin müdiri Kəmalə Ağayeva bu sahədə görülən işlər barədə məlumat vermiş və çıxışçılar tərəfindən qaldıran məsələlərə münasibətlərini bildirmişlər.
Qərara alınmışdır ki, dövlət və ixtisaslaşmış QHT- lər arasında əməkdaşlığın genişləndirilsin və müxtəlif müvzuları əhatə etməklə belə tədbirlərin mütəmadi keçirilsin.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 221 dəfə oxunub