27 Fevral 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
19/2/2021 BNA yanında İctimai Şura yaradıldı


Şəhər nəqliyyat sisteminin inkişafında, əhaliyə keyfiyyətli, müasir və təhlükəsiz nəqliyyat xidmətlərinin təmin edilməsində vətəndaş cəmiyyəti institutlarının iştirakçılığını təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi  yanında İctimai Şura yaradılıb. Şuranın tərkibi nəqliyyat üzrə ekspertlər və Qeyri Hökumət Təşkilatları (QHT), eləcə də ictimaiyyət nümayəndələrini təmsil edən 9 nəfərdən ibarətdir. 

“Qafqazinfo” xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlinin İctimai Şuranın üzvləri ilə ilk görüşü keçirilib.

İctimai Şuranın yaradılmasının əhəmiyyətini qeyd edən İdarə Heyətinin sədri bunun Agentliyin öz fəaliyyətində şəffaflığın, aşkarlığın və ictimai nəzarətin gücləndirilməsinə verdiyi önəmin göstəricisi olduğunu deyib.  

İctimai Şura şəhər nəqliyyatı sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil edən, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Agentliyə təkliflər verən və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olacaq.

Görüşdə Şuranın gələcək fəaliyyət istiqamətləri, şəhər nəqliyyat sisteminin təkmilləşdirilməsində vətəndaş cəmiyyətinin dəstəyi, əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. 

Şura üzvləri Agentliyin fəaliyyətinin bütün sahələrində yaxından iştirak edəcəklərini, şəhər nəqliyyatı ilə bağlı məsələlərin ictimai müzakirəsinin daha səmərəli təşkilinə xidmət göstərəcəklərini bildiriblər. Şura üzvləri Şuranın nəqliyyat sahəsində ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınmasına töhfə verəcəyini diqqətə çatdırıblar. 

Görüşdən sonra İctimai Şura üzvləri təşkilati məsələləri müzakirə edərək bir sıra qərarlar qəbul ediblər. Səsvermə yolu ilə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Texniki Universitetinin Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov isə sədr müavini seçilib. 

Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.

BNA yanında İctimai Şuranın tərkibi aşağıdakı şəxslərdən ibarətdir: 

İctimai Şuranın sədri

Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti
                                      
İctimai Şuranın sədr müavini

Fərhad Eyyubov - Azərbaycan Texniki Universitetinin Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının dosenti, nəqliyyat eksperti

İctimai Şuranın üzvləri

Sahib Məmmədov – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri

Ceyhun Osmanlı  – Azərbaycan Yaşıllar Hərəkatının təsisçisi, dosent, politoloq

Davud Rəhimli – Əlil Təşkilatları İttifaqının prezidenti, BMT-nin Əlilliyi olan şəxslər haqqında Konvensiyasnın icrasına dair layihələr üzrə beynəlxalq ekspert

İmaməddin Quliyev – Könüllülər İctimai Birliyinin sədri

Kamal Məmmədov - Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Baş katibi 

Elməddin Muradlı – avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert

Nərminə Qasımova – İqtisadi və Sosial İnkişaf Mərkəzinin Proqramlar direktoru

 




 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 65 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 26/2/2021- Əlil Təşkilatları İttifaqının (ƏTİ) iclası

» 26/2/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/2/2021- Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib

» 25/2/2021- Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/2/2021- BNA yanında İctimai Şura yaradıldı

» 19/2/2021- Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur?

» 18/2/2021- Oriqam»i uşaq və yeniyetmələr ictimai birliyinin layihəsi

» 12/2/2021- DPİ

» 12/2/2021- “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasını davam etdirir.

» 11/2/2021- Keçən il 212 min şəxsə elektron qaydada fərdi hesab açılıb

» 11/2/2021- COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib

» 11/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 11/2/2021- “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib.

» 9/2/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın 15 nəfərdən ibarət yeni tərkibi seçildi

» 5/2/2021- Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 5/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/2/2021- Daha üç şəhidimizin ailə üzvləri məşğulluq proqramlarına cəlb olunub, onlar üçün kiçik bizneslər yaradılıb