27 Fevral 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
12/1/2021 “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin Təşkilat Komitəsinin məlumatı


“Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin Təşkilat Komitəsinin məlumatı
Bildiyiniz kimi müəyyən səbəblərə görə “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyində (bundan sonra - AzKC) uzun müddətdir seçkilər və AzKC-nin qurultayı həyata keçirilə bilinməmişdir. Bir qrup eşitmə məhdudiyyətli şəxs tərəfindən AzKC-də eşitmə məhdudiyyətli şəxslərin reyestrinin, AzKC-nin rayon/şəhər təşkilatlarına seçkilərin, AzKC-nin qurultayının və bununla əlaqəli digər işlərin həyata keçirilməsi üçün “Təşəbbüs qrupu” yaradılmışdır. “Təşəbbüs qrupu”nun iclasında təşkilati işlərin həyata keçirilməsi məqsədilə “Təşkilat Komitəsi” təşkil olunmuşdur.
AzKC-də mövcud son reyestrin həyata keçirilməsinin üzərindən 10 ildən çox müddət keçmiş və eyni zamanda AzKC üzvlərinin (2005-ci il) reyestrinin böyük əksəriyyətini əldə etmək mümkün olmamışdır. Bu səbəbdən . “Təşəbbüs qrupu”nun və “Təşkilat Komitəsi”nin qərarı ilə AzKC üzvlərinin yenidən reyestrinin (siyahıya alma), AZKC-nin rayon/şəhər təşkilatlarına seçkilərin, AZKC-nin Qurultayının həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bu qərar barədə müvafiq səlahiyyətli dövlət orqanlarına məlumat verilmişdir.
AzKC üzvlərinin reyestrinin yenilənməsi (və seçkilərdə iştirak) məqsədilə Azərbaycan Respublikasında yaşayan və Azərbaycan Respublikasının vətəndaşı olan eşitmə məhdudiyyətli insanların aşaģıdakı məlumatları onlayn şəkildə azer.kc2020@gmail.com elektron poçt ünvanına və ya +994503175644 mobil nömrəsinə whatsapp ilə gõndərməyinizi sizdən xahiş edirik:
- Ş/V şəkili (jpg, png, pdf. formatında)
- Əlillik vəsiqəsinin şəkili(jpg, png, pdf. formatında)
- Mobil telefon nömrəsi
Məlumatları göndərməklə siz AzKC üzvlərinin reyestrində iştirak etməyinizi rəsmi təsdiq etmiş olursunuz. Qeyd edək ki, reyestrdə iştirak edən şəxslər AZKC-nin üzvü kimi AZKC-də təşkil olunan seçkilərdə iştirak edəcəklər. Ölkəmizdə mövcud olan pandemiya vəziyyəti ilə bağlı olaraq AzKC üzvlərinin reyestri, AzKC-nin rayon/şəhər təşkilatlarına seçkilər və AzKC-nin qurultayı onlayn şəkildə həyata keçiriləcək.
 

 

Əlil Təşkilatları İttifaqı


 
 
 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 170 dəfə oxunub




Flag Counter






» 26/2/2021- Əlil Təşkilatları İttifaqının (ƏTİ) iclası

» 26/2/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/2/2021- Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib

» 25/2/2021- Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/2/2021- BNA yanında İctimai Şura yaradıldı

» 19/2/2021- Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur?

» 18/2/2021- Oriqam»i uşaq və yeniyetmələr ictimai birliyinin layihəsi

» 12/2/2021- DPİ

» 12/2/2021- “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasını davam etdirir.

» 11/2/2021- Keçən il 212 min şəxsə elektron qaydada fərdi hesab açılıb

» 11/2/2021- COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib

» 11/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 11/2/2021- “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib.

» 9/2/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın 15 nəfərdən ibarət yeni tərkibi seçildi

» 5/2/2021- Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 5/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/2/2021- Daha üç şəhidimizin ailə üzvləri məşğulluq proqramlarına cəlb olunub, onlar üçün kiçik bizneslər yaradılıb