27 Fevral 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
8/1/2021 Azərbaycan Ağsaqqallar Şurasının yeni inzibati binasının açılışı olub


Hikmət Hacıyev: Prezident İlham Əliyev cəmiyyətimizdə ağsaqqalların roluna çox böyük önəm verir

Bakı, 7 yanvar, Ceyhun Alışlı, AZƏRTAC

Yanvarın 7-də Azərbaycan Ağsaqqallar Şurasının yeni inzibati binasının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu münasibətlə Ağsaqqallar Şurasının üzvlərini təbrik edib.

Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsinin və məsləhətinin əhəmiyyətini vurğulayan Hikmət Hacıyev bildirib ki, Prezident İlham Əliyev cəmiyyətimizdə ağsaqqalların roluna çox böyük önəm verir. Azərbaycan ağsaqqalları tariximizin bütün dövrlərində öz sözlərini deyiblər. Ağsaqqallar Şurası bu gün ölkəmizin inkişafına, Prezidentimizin yürütdüyü siyasətə öz dəstəyini göstərir.

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində Azərbaycan ağsaqqalları yenə də öz sözlərini dedilər. Xalqımızın həmrəy olmasında ağsaqqalların vacib rolunun bir daha şahidi olduq. Ölkəmiz inkişafının yeni bir mərhələsinə qədəm qoyur. İşğaldan azad edilmiş torpaqlarımızda quruculuq, abadlıq işləri görüləcək. Beynəlxalq ictimaiyyət Azərbaycanla Ermənistan arasında böyük fərqi bir daha görəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilərimiz gülüstana çevriləcək. Bu xüsusda da ölkəmizin inkişafının yeni mərhələsində ağsaqqallarımızın böyük rolunun olacağına əminik. Həmçinin regionlarda Azərbaycan ağsaqqal ocaqlarının daha da inkişaf etdirilməsi və onların cəmiyyətimizin inkişafında daha fəal rol oynamaları önəmlidir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Prezident İlham Əliyevin cəmiyyətimizdə ictimai birliklərin, vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dövlət orqanları yanında məşvərətçi şuraların yaradılmasına böyük əhəmiyyət verdiyini diqqətə çatdıran Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan cəmiyyəti və mədəniyyətində ağsaqqal sözünün öz çəkisi, xüsusi yeri var. Biz bunu çox böyük fəxrlə deyə bilərik ki, heç bir ölkədə Ağsaqqallar Şurası institutu yoxdur. Azərbaycan bu mənada da özünün əsrlərlə formalaşmış zəngin təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşə bilər. Beynəlxalq səviyyədə sülhün, əmin-amanlığın və mədəniyyətlərarası dialoqun təşviqi prosesində Azərbaycan ağsaqqalları da öz sözlərini deyə bilərlər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında Ağsaqqallar Şurası deyilən bir institut var ki, burada bizim təsisatımız fəal rol oynayır.

Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. Ağsaqqallar Şurasının üzərinə böyük məsuliyyət düşdüyünü deyən Eldar Quliyev bildirib ki, şuranın birinci vəzifəsi regionlarda qurumun bölmələrinin tərkibini yenidən formalaşdırmaqdır: “Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləməklə, bu siyasəti regionlarda vətəndaşlarımıza çatdırmaq bizim vəzifələrimiz sırasındadır. Ötən ilin bizim üçün dəyəri o oldu ki, 30 il ərzində həll edilməyən Qarabağ problemi dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həllini tapdı. Torpaqlarımız 44 gün ərzində işğaldan azad edildi. Bu nailiyyətimiz Prezident İlham Əliyevin daxili və xarici siyasətinin məntiqi nəticəsi idi. İnanırıq ki, bu torpaqlarda quruculuq-abadlıq işləri böyük sürətlə həyata keçiriləcək. Biz də Ağsaqqallar Şurası olaraq bu prosesdə yaxından iştirak edəcəyik”.

Ağsaqqallar Şurasının növbəti üç il üçün fəaliyyət proqramı qəbul etdiyini bildirən Eldar Quliyev deyib: “İlk növbədə, yerlərdə seçkilər keçirilməlidir, eyni zamanda, nizamnamələr təsdiq edilməli və şərait yaradılmalıdır. Dövlətimizin başçısının bizə göstərdiyi etimadı doğruldacağımıza əminik”.

Sonra tədbir iştirakçıları yeni inzibati binada yaradılmış şəraitlə tanış olublar.

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 170 dəfə oxunub




Flag Counter






» 26/2/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/2/2021- Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib

» 25/2/2021- Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/2/2021- BNA yanında İctimai Şura yaradıldı

» 19/2/2021- Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur?

» 18/2/2021- Oriqam»i uşaq və yeniyetmələr ictimai birliyinin layihəsi

» 12/2/2021- DPİ

» 12/2/2021- “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasını davam etdirir.

» 11/2/2021- Keçən il 212 min şəxsə elektron qaydada fərdi hesab açılıb

» 11/2/2021- COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib

» 11/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 11/2/2021- “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib.

» 9/2/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın 15 nəfərdən ibarət yeni tərkibi seçildi

» 5/2/2021- Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 5/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/2/2021- Daha üç şəhidimizin ailə üzvləri məşğulluq proqramlarına cəlb olunub, onlar üçün kiçik bizneslər yaradılıb

» 2/2/2021- “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı