14 Aprel 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
2/1/2021 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir yaralanmış qazinin ailəsini sosial tərəfdaşın dəstəyi ilə mənzillə təmin etdi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir yaralanmış qazinin  ailəsini sosial tərəfdaşın dəstəyi ilə  mənzillə təmin etdi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsinin iştirakçısı, döyüşlərdə yaralanmış Məmməd Əkbərovun ailəsinin də mənzillə təmin edilməsini qərara alıb.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov ailə ilə görüşüb, ailənin sosial vəziyyətini öyrənib.

Məmməd Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılaraq Cəbrayıl və Qubadlının azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına savaşıb. Hətta  xəsarət almasına baxmayaraq, yenidən  döyüşlərə davam edib. Oktyabrın 21-də  Qubadlı  uğrunda savaşda növbəti dəfə yaralanıb.

            Hazırda müalicəsini evdə davam edən Məmməd  əlilliyə görə təqaüd alan atası,  orta məktəbdə çalışan anası, qardaşı və məktəbli bacısı ilə birgə yaşayır.

Ailənin məişət durumu, ailə tərkibi nəzərə alınaraq Nazirlik tərəfindən onların mənzil şəraitinin yaxşılaşdırılması qərara alınıb.

Artıq bu məqsədlə sosial tərəfdaşın dəstəyi ilə ailə üçün  ikiotaqlı mənzil alınıb.

Evin sənədləşmə prosesi yeni ilin ilk iş günündən aparılacaq və qısa müddətdə ailə yeni evinə köçəcək.

Qeyd edək ki, bundan əvvəl Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli də ailə ilə görüşmüşdü.

Qazi və qardaşının məşğulluğuna dəstək üçün istəkləri əsasında onlar ödənişli ictimai işlərə də cəlb olunublar.  

 

 

 

 

 

 

 

 

 

 

Əlil Təşkilatları İttifaqı



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 275 dəfə oxunub




Flag Counter






» 12/4/2021- Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

» 10/4/2021- Sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədilə onlayn sorğu keçirilir

» 10/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/4/2021- Yaralanmış hərbçilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsi davam edir

» 2/4/2021- Reabilitasiya vasitələri ilə təminat sisteminin təkmilləşdirilməsi sahəsində görüləcək işlərlə bağlı onlayn toplantı olub

» 31/3/2021- Dünya Bankı ilə sosial sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edildi

» 31/3/2021- 31 March is the day of Genocide of the Azerbaijanis

» 30/3/2021- Prezident İlham Əliyev Bakıda 4 saylı DOST Mərkəzinin açılışında iştirak edib.

» 30/3/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/3/2021- Bir qrup Azərbaycan ziyalısı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət edib.

» 20/3/2021- BAHAR BAYRAMINIZ, YENİ GÜNÜNÜZ, YENİ İLİNİZ MÜBARƏK!

» 17/3/2021- Əlilliyin qiymətləndirilməsi və təyin olunması meyyarları müzakirə olunmuşdur.

» 16/3/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/3/2021- Əlilliyi olan qadınlar və Qarabağ müharibəsi veteranları ilə bağlı birgə layihə yeni dəstək istiqamətləri əlavə edilməklə genişləndirilir

» 11/3/2021- Nazir Sahil Babayev İctimai şuranın yeni tərkibdə üzvləri ilə görüşüb

» 10/3/2021- Vətən müharibəsində yaralanmış qazilərin mühərrikli təkərli oturacaqla təminatına başlandı

» 7/3/2021- İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır

» 1/3/2021- Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər