14 Aprel 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
30/12/2020 Müharibə və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan 100-dək şəxsə avtomobillər verildi


Müharibə və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan 100-dək şəxsə avtomobillər verildi

Bununla da 2020-ci il üzrə 400 imtiyazlı şəxsin avtomobillə

təminat proqramı icra olundu

Prezident İlham Əliyevin uğurlu sosial siyasəti müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, habelə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, o cümlədən onların avtomobillə təminatı tədbirlərinin də ildən-ilə uğurla davam etdirilməsinə imkan verib. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov həmin kateqoriyalardan olan vətəndaşlara Nazirlik tərəfindən 96 avtomobilin təqdim edilməsi tədbirində vurğulayıb.

Nazir müavini bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun torpaqlarımızı işğaldan azad etməsi kimi möhtəşəm Zəfəri ilə  əlamətdar olan 2020-ci ildə ölkəmizdə sosial sahədə də mühüm addımlar atılıb. Sosial müdafiə və aktiv məşğulluq proqramları uğurla davam etdirilib və daha da genişləndirilib.  

A.Kərimov bu gün daha 96 nəfər avtomobillə təmin edildiyini deyib.  O, müharibə ilə əlaqədar əlilliyi olanlara və onlara bərabər tutulanlara - hərbi xidmət vəzifələrini yerinə yetirməklə, habelə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə ötən dövrdə 7150 avtomobil verildiyini diqqətə çatdırıb. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzillə və fərdi evlə təminat proqramının da xeyli genişləndirildiyini deyib.

Qeyd edib ki, bu kateqoriyalardan olan vətəndaşlar üçün digər sahələrdə də sosial dəstək tədbirləri həyata keçirilir, sosial təminatları gücləndirilir. Eyni zamanda, ölkəmizdə tibbi-sosial reabilitasiya sistemi müasir tələblərə uyğun qurulur, yeni reabilitasiya müəssisələri açılır. Nəticədə əlilliyi olan insanların reabilitasiya xidmətləri ilə təmin olunmaq imkanları, həmçinin bu xidmətlərin keyfiyyəti getdikcə artır.

A.Kərimov əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə  təminatı sahəsində mühüm işlərin aparıldığını deyib. Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısına bir sıra yeni reabilitasiya vasitələrinin əlavə edildiyini, ölkəmizdə artıq yüksək texnologiyalı protezlərin istehsalı və təqdim edilməsi işlərinə başlandığını diqqətə çatdırıb. Bütün bunların Azərbaycanda həssas əhali qruplarına yüksək qayğının göstəricisi olduğunu vurğulayıb.

Avtomobillə təmin olunan vətəndaşlar Zəfər fərəhini yaşadıqları bu günlərdə mühüm sosial müdafiə proqramlarının da uğurla davam etdirilməsindən, avtomobil ilə təmin olunmalarından razılıqla bəhs edib, onlara göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

  Əlil Təşkilatları İttifaqı   



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 223 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 12/4/2021- Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

» 10/4/2021- Sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədilə onlayn sorğu keçirilir

» 10/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/4/2021- Yaralanmış hərbçilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsi davam edir

» 2/4/2021- Reabilitasiya vasitələri ilə təminat sisteminin təkmilləşdirilməsi sahəsində görüləcək işlərlə bağlı onlayn toplantı olub

» 31/3/2021- Dünya Bankı ilə sosial sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edildi

» 31/3/2021- 31 March is the day of Genocide of the Azerbaijanis

» 30/3/2021- Prezident İlham Əliyev Bakıda 4 saylı DOST Mərkəzinin açılışında iştirak edib.

» 30/3/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/3/2021- Bir qrup Azərbaycan ziyalısı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət edib.

» 20/3/2021- BAHAR BAYRAMINIZ, YENİ GÜNÜNÜZ, YENİ İLİNİZ MÜBARƏK!

» 17/3/2021- Əlilliyin qiymətləndirilməsi və təyin olunması meyyarları müzakirə olunmuşdur.

» 16/3/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/3/2021- Əlilliyi olan qadınlar və Qarabağ müharibəsi veteranları ilə bağlı birgə layihə yeni dəstək istiqamətləri əlavə edilməklə genişləndirilir

» 11/3/2021- Nazir Sahil Babayev İctimai şuranın yeni tərkibdə üzvləri ilə görüşüb

» 10/3/2021- Vətən müharibəsində yaralanmış qazilərin mühərrikli təkərli oturacaqla təminatına başlandı

» 7/3/2021- İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır

» 1/3/2021- Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər