XƏBƏRLƏR




- 18/12/2020 Şəhid ailələri və müharibə iştirakçılarının hüquq və imtiyazları barədə bütün suallar bir ünvanda – sosial.gov.az
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Şəhid ailələri və müharibə iştirakçılarının hüquq və imtiyazları barədə bütün suallar
bir ünvanda – sosial.gov.az
Postmüharibə dövründə aktual mövzulardan biri də şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailə üzvlərinin, müharibə əlilləri, veteranları və iştirakçılarının sosial təminat hüquqları, onlara göstərilən sosial dəstək tədbirləri ilə bağlıdır.
Bununla əlaqədar məlumatlılıq səviyyəsinin artırılması, xüsusilə həmin kateqoriyalardan olan vətəndaşların daha rahat şəkildə dolğun məlumatlara malik olmaları üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (sosial.gov.az) “Şəhid ailələri və müharibə iştirakçılarına sosial dəstək” adlı yeni bölmə yaradılıb.
Bölmədə şəhid ailələri, müharibə əlilləri, veteranları və iştirakçılarına müvafiq statusların verilməsi qaydası, onların malik olduqları imtiyaz və sosial təminat hüquqları, sosial vəziyyətlərinə uyğun olaraq göstərilən dəstək tədbirləri və s. barədə məlumatlar təqdim edilir. Bu hüquqların təminatı, sosial dəstək tədbirləri ilə əhatə olunmaq üçün prosedurlar da diqqətə çatdırılır.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 1217 dəfə oxunub