05 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
11/12/2020 Daha 35 şəhid ailəsi və Qarabağ müharibəsi əlili yeni fərdi evlərlə təmin edildi


Daha 35 şəhid ailəsi və Qarabağ müharibəsi əlili

yeni fərdi evlərlə təmin edildi

 

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm tarixi qələbə münasibətilə Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı hər birimizdə bir daha böyük iftixar hissləri yaratdı. Cəmi 44 günlük bir müddətdə erməni faşizmini məhv edərək, ölkəmizin ərazi bütövlüyünü təmin edən qüdrətli Ordumuzla bir daha sonsuz qürur duyğuları yaşadıq.

Bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün 11 rayonda (Masallı, Astara, Yevlax, Şəmkir, Zaqatala, Ağdaş, Ağcabədi, Şamaxı, Füzuli, Cəlilabad, Hacıqabul) 35 fərdi yaşayış evinin təqdim edildiyi şəhid ailələri və Qarabağ müharibəsi əlilləri vurğulayıblar.

Masallı və Astara rayonlarında evlərin təqdim edilməsi tədbirlərində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Astara rayon İcra Hakimiyyətinin başçısının müavini İlqar Malıyev iştirak ediblər.

H.Abdullayev Azərbaycanın şanlı tarixinin yazıldığı, xalqımızın qələbə sevinclərini yaşadığı bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsi tədbirlərinin da uğurla davam etdirildiyini bildirib.

Qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, bu kateqoriyadan olan vətəndaşların mənzil və fərdi evlə təminatı proqramı da ildən-ilə genişlənir. Əgər 2018-ci ildə Nazirlik tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil və fərdi ev təqdim edilibsə,  2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib.

Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onlardan 1100-dən çoxu artıq verilib. Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9000-ə yaxın mənzil və fərdi ev təqdim edilib.

Nazir müavini Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, bu müharibədə yaralanmış hərbçilərimizin sosial dəstəklə əhatə olunması üçün də məqsədyönlü işlərin aparıldığını diqqətə çatdırıb. 

Yeni fərdi evlərlə təmin edilən vətəndaşlar şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yaxşılaşdırılmasına göstərdiyi xüsusi qayğıya görə Prezident İlham Əliyevə öz təşəkkürlərini ifadə ediblər.

Əlil Təşkilatları İttifaqı

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1105 dəfə oxunub




Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü