18 Aprel 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
21/11/2020 "ORİQAMİ" ”Yol hərəkəti təhlükəsizliyi qaydalarına dair maarifləndirilməsi” layihəsinin icrasını başa çatdırmışdır.


                                     “Oriqami”  uşaq  və  yeniyetmələr ictimai   birliyi

 

 AZ1052,Bakı şəhəri, Ağa-Neymətulla küçəsi,                                                  PRESS -RELİZE

                  ev 47 a, mənzil  4.

 Əlaqə  telefonu   99 450 519 92 79

 Əlaqə  üçün şəxs  Namiq  Nəcəfov

 e-mail  namik_origami@mail.ru

 

        Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Bakı Nəqliyyat Agentliyi ilə birgə  təşkil etdiyi  Qrant müsabiqəsi çərçivəsində  Oriqami uşaq və yeniyetmələr ictimai birliyi  tərəfindən  Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan  uşaq və yeniyetmələr arasında  onlayn qaydada təşkil olunmuş 7-8 yaşlı uşaqların ”Yol hərəkəti təhlükəsizliyi qaydalarına dair  maarifləndirilməsi” layihəsinin icrası başa çatmışdır.

 

        Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Bakı Nəqliyyat Agentliyi ilə birgə  təşkil etdiyi  Qrant müsabiqəsi çərçivəsində  Oriqami uşaq və yeniyetmələr ictimai birliyi  tərəfindən  Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan  uşaq və yeniyetmələr arasında  onlayn qaydada təşkil olunmuş  ” Yol hərəkəti təhlükəsizliyi qaydalarına dair ibtidai sinif şagirdlərinin maarifləndirilməsi” layihəsinin icrasına 10 avqust 2020-ci ildə start verilmişdi.

      “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi  tərəfindən yol hərəkətinin təhlükəsizliyi qaydalarına dair  uşaq və yeniyetmələrin  maarifləndirilməsi sahəsində , layihə çərçivəsində,  onlayn qaydada, bir sıra təşkilatı tədbirlər həyata keşirilmiş., ictimaiyyətin geniş məlumatlandıilması işləri görülmüşdür.Müəssisə, təşkilatlara elektron məktublarla müraciətlər edilmiş ,layihə barədə,onun donorları haqda  geniş məlumat verilmişdir. Maştağa qəsəbə İcra Nümayəndəliyinə, Maştağa Bələdiyyəsinə  yazılı sürətdə məlumatlar göndərilmişdir.

      “ Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi  2015-ci ildən Sabunçu rayonu Maştağa və Nardaran qəsəbələrində ictimai fəaliyyət göstərdiyindən  eləcə də  6-18 yaşlı uşaq və yeniyetmələr arasında  ardıcıl olaraq, layihələr icra etdiyindən yüzlərlə benefisarlar barədə  məlumat bazasına malikdir.

         Qlobal COVİD-19  koronavirus infeksiyasının  bütün dünyada və ölkəmizdə  yaratdığı  yeni situasiyada ,onlayn qaydada, layihini  icra edərkən  həmin məlumat bazasından aktiv olaraq istifadə etdik və benefisarları telefon rabitəsi vasitəsilə  olduqca   maraqlı  “KüçəYol.Piyada.” layihəsinə qoşulmağa çağırdıq. 7-8 yaşlı benefisarlardan 115 nəfərin layihədə onlayn iştirakına nail.olduq.Onlardan 65 nəfəri  qız , 50 nəfəri oğlandır.                   

       Layihənin məqsədi  qlobal COVİD-19  koronavirus infeksiyasının  bütün dünyada və ölkəmizdə  yaratdığı  yeni situasiyada ,onlayn qaydada ,uşaqlar tərəfindən  yol hərəkəti təhlükəsizlik qaydalarının öyrənilməsinə diqqəti, marağı artırmaq, onlara bu barədə yeni biliklər vermək, onların intellektual səviyyəsini, qabiliyyət və bacarığını  inkişaf etdirmək, asudə vaxtını daha mənalı və məzmunlu,səmərəli təşkilinə kömək etmək olmuşdur.

       Bu məqsədlə  “Oriqami” ictimai birliyi  hər bir benefisar tərəfindən  yol hərəkəti  təhlükəsizliyi qaydalarının  daha asan öyrənilməsi ,praktik vərdişlərə yiyələnmə və yola çıxarkən düzgün davranış göstərməsi üçün yeni ,onlayn üsul təklif etmişdir. Təklif etdiyimiz üsul layihə iştirakçılarının müstəqil olaraq maarifləndirilməsinə  istiqamətlənmış, nəfis şəkildə çap olunmuş, rəngli, təsvirli, öyrədici  İntellektual Oyun dəsti, Təsvirli “Piyadalar üçün yaddaş kitabçası “ və yol hərəkəti qaydalarının öyrənilməsinə  kömək edən rollu-situativ oyun kartları ilə təmin edilməsidir.Yeni məlumatların şüurda,  hafizədə, yaddaşda daha yaxşı qalması praktik fəaliyyətdən çox asılıdır.Mövzu ətrafında   uşaq yaradıcılığı vasitəsilə məşğuliyyətə qoşulmaq üçün dəftərxana ləvazimatı ilə təminat nəzərdə tutulmuşdur.  Bundan başqa, hər bir  iştirakçıya,  layihə çərçivəsində,  donor və icraçı təşkilatın loqolarının təsvirləri yerləşdirilməklə  rəngli, təsvirli hədiyyə çantalarının ,dəftərxana  ləvazimatının və fərdi sağlamlığının qorunmasına kömək olaraq şəxsi qiqiyena vasitələrinin- banderol formasında “Azərpoçt” vasitəsilə ünvanlara göndərilməsi təşkil olunmuşdur. , Oriqami təşkilatı tərəfindən ,valideynlərin  layihə barədə, onlayn qaydada  qeydləri, rəyləri toplanacaqdır.

 

                                                                                                    Layihə rəhbəri    Namiq  Nəcəfov  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 265 dəfə oxunub




Flag Counter






» 12/4/2021- Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

» 10/4/2021- Sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədilə onlayn sorğu keçirilir

» 10/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/4/2021- Yaralanmış hərbçilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsi davam edir

» 2/4/2021- Reabilitasiya vasitələri ilə təminat sisteminin təkmilləşdirilməsi sahəsində görüləcək işlərlə bağlı onlayn toplantı olub

» 31/3/2021- Dünya Bankı ilə sosial sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edildi

» 31/3/2021- 31 March is the day of Genocide of the Azerbaijanis

» 30/3/2021- Prezident İlham Əliyev Bakıda 4 saylı DOST Mərkəzinin açılışında iştirak edib.

» 30/3/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/3/2021- Bir qrup Azərbaycan ziyalısı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət edib.

» 20/3/2021- BAHAR BAYRAMINIZ, YENİ GÜNÜNÜZ, YENİ İLİNİZ MÜBARƏK!

» 17/3/2021- Əlilliyin qiymətləndirilməsi və təyin olunması meyyarları müzakirə olunmuşdur.

» 16/3/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/3/2021- Əlilliyi olan qadınlar və Qarabağ müharibəsi veteranları ilə bağlı birgə layihə yeni dəstək istiqamətləri əlavə edilməklə genişləndirilir

» 11/3/2021- Nazir Sahil Babayev İctimai şuranın yeni tərkibdə üzvləri ilə görüşüb

» 10/3/2021- Vətən müharibəsində yaralanmış qazilərin mühərrikli təkərli oturacaqla təminatına başlandı

» 7/3/2021- İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır

» 1/3/2021- Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər