11 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
17/11/2020 Qazax, Kürdəmir, Quba və Lənkəranda 26 fərdi ev şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verildi


Qazax, Kürdəmir, Quba və Lənkəranda 26 fərdi ev şəhid ailələrinə və

Qarabağ müharibəsi əlillərinə verildi

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daim inkişaf edərək güclü dövlətə çevrilib və qarşısında duran vəzifələri qısa müddət ərzində uğurla yerinə yetirməyə qadir olan qüdrətli Orduya sahibdir. Böyük tarixi Qələbəmizlə yekunlaşan  44 günlük Vətən müharibəsi bunu bir daha dünyaya nümayiş etdirdi.

Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 4 rayonda 26 fərdi yaşayış evinin (o cümlədən Qazaxda 13, Kürdəmirdə 5, Qubada 3, Lənkəranda 5) şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilməsi tədbirlərində vurğulanıb.

Qazax rayonunda evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elşən Əsədov, Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gulayə Həsənova iştirak ediblər.

Yeni fərdi evlərlə təmin olunan şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri xalqımıza möhtəşəm Qələbə sevincini yaşadan Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevlə, Silahlı Qüvvələrimizlə fəxr etdiklərini bildiriblər. Azərbaycan hərbçilərinin rəşadəti və eyni zamanda dəmir yumruğa çevilən sarsılmaz birliyimizlə sonsuz qürur hissi keçirdiklərini qeyd ediblər.

Onlar cənab Prezidentin uğurlu sosial siyasətindən, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə xüsusi diqqət və qayğısından razılıqla bəhs edib, bu gün yeni fərdi evlərlə təmin edildiklərinə görə dövlət başçımıza minnətdarlıqlarını bildiriblər.

   Tədbirdə qeyd edilib ki, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib. Bu proses qarşıdakı günlərdə də davam edəcək. Ümumilikdə ötən dövrdə 8379 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.

Vurğulanıb ki, haqq savaşımızda yaralanmış hərbçilərlə görüşü zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin verdiyi tapşırığa uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tarixi Qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olmuş insanların ailələrinə dəstəyin göstərilməsi, həmçinin onlara da mənzillərin, evlərin verilməsi üçün müvafiq işləri aparacaqdır.  

Əlil Təşkilatları İttifaqı

Mətbuat Xidməti

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 289 dəfə oxunub




Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 9/5/2021- Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Avropa Gününü qeyd edir.

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi