23 Noyabr 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
11/11/2020 Əlil Təşkilatları İttifaqı Böyük qələbə münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


Azərbaycan Respublikasının Prezidenti,

Ali Baş Komandan Zati-aliləri

İlham Əliyev cənablarına

 

Möhtərəm cənab Prezident, Cənab Ali Baş Komandan!

     Ümummili lider Heydər Əliyevin əsasını qoyduğu və tərəfinizdən uğurla davam etdirilən uzaqgörən siyasət nəticəsində Azərbaycan uğurla inkişaf edir. Mükəmməl strategiyaya əsaslanan bu inkişafın  istiqamətləri çoxsahəli olmaqla vahid bir amala xidmət edir.

     Azərbaycanın iqtisadi, hərbi, sosial, beynəlxalq əməkdaşlıq, hümanitar sahələrdə inkişafının memarı olmaqla bərabər xalqımızın yüksək etimadını qazanan Prezidentimizsiniz. İqtisadi, siyasi sabitliyin, xalq ilə dövlətin birliyinin və vətəndaş rifahının təmin olunması fəaliyyətinizin ana xətti və təcəssümüdür.

     Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması, ərazi bütövlüyünün bərqərar edilməsi ali məramınız və məqsədinizdir. Buna görə çox dəqiq strategiya əsasında hazırlıqlar olmuş, çoxsahəli uğurlu fəaliyyətlər həyata keçirilmişdir.

     Bu ilin sentyabr ayının 27-də işğalçı Ermənistan ordusunun növbəti dəfə hərbi əməliyyatlara başlamasından sonra Ali Baş Komandan kimi əks-hücum əmrinizdən sonra Şanlı Azərbaycan Ordusu qısa zaman kəsiyində qəhrəmanlıq göstərərək işğal altında olan ərazilərimizin böyük hissəsini azad etdi.

     Vətənimizin hər bir qarışı bizim üçün əziz və dəyərlidir. Azərbaycan xalqı hər gün səbirsizliklə Sizin xalqa müraciətlərinizi gözləyərək ordumuzun zəfərlərini  böyük ruh yüksəkliyi ilə qeyd edirdi.  “Şuşa Azərbaycanın və bütün Qafqazın incisidir” və  “Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar” fikirləriniz xalq tərəfindən böyük rəğbətlə qarşılandı. Noyabrın 8-də Müzəffər Azərbaycan Ordusu tərəfindən 28 il 6 ay düşmən işğalı altında olmuş Şuşanın azad olunması müjdəniz xalq tərəfindən çox böyük coşqu və atəşfəşanlıqla qarşılandı.

         Noyabrın 10-da Böyük qələbə sazişinin imzalanması ilə Azərbaycanın qalibiyyətini, işğalçı Ermənistanın isə məğlubiyyətini elan etdiniz. Sizin  gərgin fəaliyyətiniz,  Şanlı Azərbaycan Ordusunun yenilməzliyi ilə 30 illik Vətən həsrətinə son qoyuldu.

     Azərbaycanlı olması ilə həmişə fəxr edən Ümumilli Liderimiz HEYDƏR ƏLİYEVİN, şəhidlərimizin ruhu şad oldu.

Möhtərəm Prezidentimiz, Cənab Ali Baş Komandan.

 Əlil Təşkilatları İttifaqı, üzv təşkilatlar və əlilliyi olan insanlarımız daim Sizin yanınızda olmaqla, apardığınız uğurlu daxili və xarici siyasəti dəstəkləyir və mümkün tövhəmizi verməyə çalışırıq.

     Vətən müharibəsində möhtəşəm qələbə münasibəti ilə Sizi və şəxsinizdə bütün Azərbaycan xalqını təbrik edirik! 

Sizə, ailənizə can sağlığı arzulayır, Azərbaycanımızın daha da inkişafı yolunda yeni uğurlar arzulayırıq!

 

Yaşasın Azərbaycan!

Yaşasın Ali Baş Komandan!

Yaşasın müzəffər Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

 

 

Dərin hörmətlə,

Davud RƏHİMLİ

Əlil Təşkilatları İttifaqının (ƏTİ)

Prezidenti

 

 

 

Əlil Təşkilatları İttifaqının 42 üzv təşkilatı.

Siyahı əlavə olunur.    



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 136 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 21/11/2020- "ORİQAMİ" ”Yol hərəkəti təhlükəsizliyi qaydalarına dair maarifləndirilməsi” layihəsinin icrasını başa çatdırmışdır.

» 20/11/2020- Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib

» 19/11/2020- Bu il 1600-dək əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

» 19/11/2020- Sosial Xidmətlər Agentliyinin müharibədən zərərçəkənlər üçün onlayn “Psixoloji dəstək xətti” fəaliyyətə başladı

» 19/11/2020- Respublika Veteranlar Təşkilatı “Tariximizin şanlı səhifələri” adlı layihə çərçivəsində 30 aztəminatlı və şəhid ailəsinə ərzaq yardım kuponları göndərib.

» 17/11/2020- Qazax, Kürdəmir, Quba və Lənkəranda 26 fərdi ev şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verildi

» 16/11/2020- İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar

» 16/11/2020- İşğaldan azad edilmiş ərazilərimizdə də sosial xidmət və reabilitasiya müəssisələri yaradılacaq

» 14/11/2020- Bu gün Ümumdünya Diabet Günüdür

» 14/11/2020- İldə 7 mindən çox şəxsə reabilitasiya xidməti göstərəcək Pansionat ilin sonunadək istifadəyə veriləcək

» 13/11/2020- Qubadlı sakinləri də kiçik ailə bizneslərini doğma yurdlarında genişləndirmək əzmindədir

» 12/11/2020- Təbrik edirik! https://az.wikipedia.org/wiki/Konstitusiya

» 12/11/2020- QARABAĞ AZƏRBAYCANDIR!

» 11/11/2020- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər

» 11/11/2020- Əlil Təşkilatları İttifaqı Böyük qələbə münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

» 10/11/2020- Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gecə xalqa müraciət edərək şanlı qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini verdi.

» 9/11/2020- Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

» 9/11/2020- DÖVLƏT BAYRAQ GÜNÜMÜZ MÜBARƏK OLSUN!!!

» 9/11/2020- İşğaldan azad olunmuş Şuşa şəhərinin videogörüntüləri

» 9/11/2020- Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! https://video.azertag.az/site/video/106657