XƏBƏRLƏR




- 29/10/2020 Əlil Təşkilatları İttifaqı beynəlxalq təşkilatlara müraciət etdi
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının BMT, UNİCEF, ATƏT, Avropa Şurası, Avropa Parlamenti
və digər uşaq hüquqları üzrə beynəlxalq təşkilatlara
MÜRACİƏTİ
29 oktyabr 2020-ci il
Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan işğalçı Ermənistan hərbi əməliyyatları bərpa edərək sentyabr ayının 27-dən etibarən Azərbaycana qarşı növbəti təcavüzə başalmışdır. Acınacaqlı haldır ki, Azərbaycanın mülki əhali yaşayan məntəqələrinin ağır artileriya silahları, raket atəşinə tutulması adi hala çevrilmişdir.
Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən törətdiyi hərbi cinayətlər nəticəsində təkcə 4, 11 və 17 oktyabr tarixlərində ermənilərin Gəncə şəhərinə raket hücumları nəticəsində 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər ağır yaralanıb. Həmçinin cəbhədən uzaq Azərbaycan rayonlarına Ermənistan tərəfindən ağır artilleriya atəşləri, raket hücumları davam edir. Son iki gündə də Ermənistanın cəbhədən uzaq Bərdə rayonuna bir-birinin ardınca raket hücumları, beynəlxalq hüquqla qadağan olunmuş kaset bombaları atması nəticəsində həmin rayonda içərisində azyaşlı uşaqlar, qadınlar da olmaqla 25 dinc sakin həlak olub, 80-dən çox şəxs yaralanıb. Çoxsaylı yaşayış yerləri, təsərrüfat subyektləri dağıdılmış, böyük maddi və mənəvi ziyan vurulmuşdur.
Növbəti terror aktının həyata keçirilməsi Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı soyqırımı həyata keçirdiyini bir daha sübut edir.
BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyanın, Cenevrə Konvensiyasının və digər beynəlxalq sənədlərə məhəl qoymayaraq hərbi əməliyyatlara uşaqlar cəlb olunur və hərbi əməliyyatlardan kənarda yaşayan dinc əhali, o cümlədən uşaqlar həlak olur və əlillik alırlar.
Biz Azərbaycanın əlilliyi olan şəxslərin təşkilatları olaraq sizi Ermənistanın hərəkətlərini beynəlxalq hüquq normalarına uyğun qiymətləndirməyə, təcavüzün pislənməsinə, işğalın dayandırılmasına, dinc əhalinin, o cümlədən uşaqların hərbi əməliyyatlara cəlb olunmasının və onların hərbi əməliyyatlardan kənar yaşayış yerlərində öldürülməsinin qarşısının alınması istiqamətində səylərinin artırılmasına və bu barədə ciddi tədbirlər görməyə çağırırıq.
Müraciət 40 təşkilatın imzası ilə təsdiq olunmuşdur.
Hörmətlə,
Davud RƏHİMLİ
Əlil Təşkilatları İttifaqının (ƏTİ)
Prezidenti
Bu xəbər 1139 dəfə oxunub