23 Noyabr 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
17/10/2020 Özümüzü xəstəliklərdən qorumaqla arxa cəbhəni zəifləməkdən, ön cəbhədə döyüşən hərbçiləri xəstəliklərdən müdafiə etmiş olarıq


Bakı, 12 oktyabr, AZƏRTAC

Son günlər hər birimiz yaddaşımızda əbədi izlər buraxacaq hadisələr yaşamaqdayıq. Fərəh, qürur, sevinc və eyni zamanda, şəhidlərimizə görə ağrı hissləri hər birimizi bürüyüb. Sentyabrın 27-i səhər saat 6 radələrindən Ermənistan silahlı qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutması ilə Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə düşmənə qarşı əks hücuma keçdi. Həmin tarixdən etibarən başlayan döyüşlərdə ordumuz erməni terrorçularına layiqli cavab verir, onları ağır itkilərə məruz qoyur. Bizim öz tarixi torpaqlarımız üzərində suveren hüquqlarımızı bərpa etmək haqqımız var. Azərbaycan gec-tez işğal altında olan torpaqlarını azad edəcək. Bu, Vətən müharibəsidir. Hər kəs bu dövrdə əlindən gələni, bacardığını etməlidir. Xalqımız bir yumruq kimi birləşib ordumuza dəstəyini əsirgəmir. İgid Vətən oğulları isə əsl qəhrəmanlıq göstərir, hər qarış torpaq uğrunda canı, qanı bahasına mübarizə aparır. Bunun nəticəsidir ki, işğal altında olan ərazilərimizin bir hissəsi düşmən tapdağından azad edilib.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Azərbaycan Diabet Liqası” İctimai Birliyinin sədri, Səhiyyə Nazirliyi nəzdində İctimai Şuranın üzvü Yeganə Sultanova deyib.

O, həmçinin qeyd edib: “Unutmaq lazım deyil ki, dünyanı vəlvələyə gətirən yeni növ koronavirus (COVID-19) infeksiyası hələ də geniş vüsət almaqda davam edir. Koronavirus bütün dünyanı ikinci dalğası ilə qorxuya salır. Ölkəmiz Qarabağ cəbhəsində olduğu kimi koronavirus cəbhəsində də ləyaqətlə və ağılla mübarizə aparır. Lakin bu mübarizədə hər birimiz iştirak etməliyik. Biz anlamalıyıq ki, vətənimizin bu ağır dövründə özümüzü xəstəliklərdən qorumaqla arxa cəbhəni zəifləməkdən və ön cəbhədə döyüşən hərbçiləri xəstəliklərdən müdafiə etmiş olarıq. Bu gün xəstəliyin geniş yayılması çox təhlükəlidir. Xəstəxanaların, tibb işçilərinin diqqəti cəbhəyə yönəldiyi bir dövrdə onları bu vacib missiyadan ayırmaq olmaz. Ona görə də özümüzü və döyüşən qüvvəmizi qorumalıyıq. Bunun üçün isə vacib şərt şəxsi gigiyena qaydalarını gözləmək, maskadan istifadə etmək, kütləvi toplantılara mümkün qədər şərait yaratmamaq, sosial məsafəni saxlamaqdır.

Azərbaycanda xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri çox düşünülmüş formada aparılır. Kütləvi informasiya vasitələrinin, tibb işçilərinin və qeyri-hökumət təşkilatlarının apardığı maariflənmə işləri də öz töhfəsini verir. Əgər vətəndaşlarımız bu yüngülləşmə tədbirlərindən düzgün və qaydasında faydalansalar, payız mövsümünü rahat və problemsiz keçirə bilərik. Gigiyena qaydalarına riayət edilməsi, maskanın taxılması, sosial məsafənin qorunması kimi tədbirlər bizim hər birimizi payız-qış mövsümü üçün xarakterik olan digər respirator xəstəliklərə yoluxmaqdan da qoruya bilər”.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 180 dəfə oxunub




Flag Counter






» 21/11/2020- "ORİQAMİ" ”Yol hərəkəti təhlükəsizliyi qaydalarına dair maarifləndirilməsi” layihəsinin icrasını başa çatdırmışdır.

» 20/11/2020- Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib

» 19/11/2020- Bu il 1600-dək əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

» 19/11/2020- Sosial Xidmətlər Agentliyinin müharibədən zərərçəkənlər üçün onlayn “Psixoloji dəstək xətti” fəaliyyətə başladı

» 19/11/2020- Respublika Veteranlar Təşkilatı “Tariximizin şanlı səhifələri” adlı layihə çərçivəsində 30 aztəminatlı və şəhid ailəsinə ərzaq yardım kuponları göndərib.

» 17/11/2020- Qazax, Kürdəmir, Quba və Lənkəranda 26 fərdi ev şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verildi

» 16/11/2020- İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar

» 16/11/2020- İşğaldan azad edilmiş ərazilərimizdə də sosial xidmət və reabilitasiya müəssisələri yaradılacaq

» 14/11/2020- Bu gün Ümumdünya Diabet Günüdür

» 14/11/2020- İldə 7 mindən çox şəxsə reabilitasiya xidməti göstərəcək Pansionat ilin sonunadək istifadəyə veriləcək

» 13/11/2020- Qubadlı sakinləri də kiçik ailə bizneslərini doğma yurdlarında genişləndirmək əzmindədir

» 12/11/2020- Təbrik edirik! https://az.wikipedia.org/wiki/Konstitusiya

» 12/11/2020- QARABAĞ AZƏRBAYCANDIR!

» 11/11/2020- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər

» 11/11/2020- Əlil Təşkilatları İttifaqı Böyük qələbə münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

» 10/11/2020- Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gecə xalqa müraciət edərək şanlı qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini verdi.

» 9/11/2020- Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

» 9/11/2020- DÖVLƏT BAYRAQ GÜNÜMÜZ MÜBARƏK OLSUN!!!

» 9/11/2020- İşğaldan azad olunmuş Şuşa şəhərinin videogörüntüləri

» 9/11/2020- Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! https://video.azertag.az/site/video/106657