26 Oktyabr 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
27/9/2020 Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov: “Azərbaycan xalqının illərdir gözlədiyi Böyük Qələbənin işartısı görünür.”


Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov: “Azərbaycan xalqının illərdir gözlədiyi Böyük Qələbənin işartısı görünür.”

“Biz veteranlar Vətənimiz uğrunda döyüşə bu gün də hazırıq və son nəfəsimizə qədər də hazır olacağıq.”

Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər.

Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bu gün güclü maddi-texniki baza və müasir silah-sursatla təmin olunan ordumuz məhz Ali Baş Komandan İlham Əliyevin iradəsi və qayğısı sayəsində formalaşıb.  Ordumuzu yenilməz edən təkcə silah və texnikanın gücü deyil. Ən yeni raketlərin, güclü silahların, topların, döyüş maşınların ola bilər. Lakin sənin qorxmaz, mərd, cəsur əsgərlərin yoxdursa, məğlub olarsan. Ordumuzun hər bölməsində vətənpərvər, cəsur və mərd oğulların xidmət etdiyinin daim şahidi oluruq.  Bizi yenilməz edən "Öncə Vətəndir!" deyən oğullarımızdır. Azərbaycan əsgərinin ən güclü silahı vətənpərvərliyi, Vətən sevgisidir! Silah-texnika düşməndə də var, lakin əsgər həmin əsgər, ürək həmin ürək deyil. Onların əsgərləri silahını döyüş meydanında qoyub qaçır, bizim əsgərlər isə son damla qanına qədər döyüşü davam etdirir.

Bu gün də düşmənlə təmas xəttində yerləşən hərbi hissələrimizin vətənpərvər əsgərlərinin göstərdiyi döyüş şücaəti, qətiyyəti, məğrurluğu hər birimizə sevinc hissini yaşadır. Artıq Azərbaycan xalqının illərdir gözlədiyi Böyük Qələbənin işartısı görünür. Körpədən tutmuş, ahıl yaşına çatmış hər kəsdə ruh yüksəkliyi, orduya inam, qələbəyə əminlik hissi möhtəşəm  Ordumuzu qələbəyə ruhlandırır. Və hər kəs inanır ki, tez bir zamanda cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz yağıları doğma torpaqlarımızdan qovacaq, bizə zəfər bayramı yaşadacaq.

İndiki həsas məqamda Azərbaycan xalqını, cəmiyyətin hər bir təbəqəsini fikir ayrılıqlarını bir kənara qoyaraq ali baş komandanın, cənab prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıram. Biz birlikdə güclüyük!

Mən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri olaraq çoxsaylı veteranlarımız adından bildirmək istəyirəm ki, biz hər an Möhtərəm cənab Prezident İlham Əliyevin hər bir əmrinə müntəzirik. İşğal altında olan torpaqlarımızın azad olunmasında ölümə getməyə tərəddüd etməyən Veteran ordusu döyüşə hazırdır. Biz veteranlar Vətənimiz uğrunda döyüşə bu gün də hazırıq və son nəfəsimizə qədər də hazır olacağıq. 

 

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 237 dəfə oxunub




Flag Counter






» 26/10/2020- Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunmuş yeni əraziləri

» 24/10/2020- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib.

» 24/10/2020- Zəngilanda məscid donuz fermasına çevrilib - Video

» 23/10/2020- Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

» 22/10/2020- Prezident İlham Əliyev: Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu VİDEO

» 21/10/2020- Qarabağ Azərbaycandır!

» 20/10/2020- Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

» 19/10/2020- Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib

» 19/10/2020- Respublika Veteranlar Təşkilatı “Tariximizin şanlı səhifələri” adlı layihə həyata keçirir.

» 19/10/2020- Qarabağ Azərbaycandır!

» 19/10/2020- Prezidentin Mətbuat Xidmətinin məlumatı

» 19/10/2020- Xəbərin Başlığı

» 19/10/2020- Xəbərin Başlığı

» 19/10/2020- Xəbərin Başlığı

» 17/10/2020- Özümüzü xəstəliklərdən qorumaqla arxa cəbhəni zəifləməkdən, ön cəbhədə döyüşən hərbçiləri xəstəliklərdən müdafiə etmiş olarıq

» 17/10/2020- Füzuli rayonu və 7 kənd işğalçılardan azad edili.

» 17/10/2020- Gəncə və Mingəçevir şəhərləri növbəti dəfə raket atəşinə məruz qalıb.

» 16/10/2020- Nə dərəcədə insaniyyətdən kənar, rəhmsiz və mənəvi tənəzzülə uğramış olmalısan ki, dəfn mərasimi zamanı qəbiristanlığı qəsdən atəşə tutasan?

» 16/10/2020- Еще одна Олимпиада для Азербайджана

» 15/10/2020- Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli rayonunun 3, Xocavənd rayonunun 5 kəndini işğaldan azad edib