XƏBƏRLƏR




- 23/9/2020 "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotipləri və gender əsaslı zorakılığa qarşı"
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
Hörmətli Vətəndaş Cəmiyyəti Nümayəndələri!
Bildiyiniz kimi, BMT-nin Əhali Fondu (UNFPA) gender bərabərliyinin təşviqi, gender əsaslı zorakılıq və məişət zorakılığının qarşısının alınması istiqamətləri üzrə Azərbaycan hökuməti ilə birgə bir sıra proqram və layihələr həyata keçirir. Belə layihələrdən biri də Avropa Birliyi tərəfindən maliyyələşdirilən və BMT-nin Əhali Fondu ilə BMT-nin Qadınlar üzrə Agentliyi tərəfindən birgə həyata keçirilən "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotipləri və gender əsaslı zorakılığa qarşı" proqramıdır.
Programın məqsədləri: 1) qadın hüquqlarını məhdudlaşdıran gender stereotipləri və patriarxal normalar barəsində cəmiyyətdəki təsəvvürlərin dəyişdirilməsi, və 2) kişilərin uşaqların baxımı və atalar proqramlarında iştirakının gücləndirilməsidir.
Proqram çərçivəsində BMT-nin Əhali Fondu yerli təşkilatlar üçün müxtəlif istiqamətlər üzrə xidmətlərin göstərilməsinə dair layihə təkliflərin təqdim edilməsi bardə elanlar verilmişdir. Elanlar barədə ətraflı məlumatla linkə daxil olmaqla tanış ola bilərsiniz: http://unazerbaijan.org/en/
Yerli təşkilatların sözügedən layihə təklifləri çağrışına olan marağını va müraciətlə bağlı texniki məsələlərin aydınlaşdırılması məqsədilə BMT-nin Əhali Fondu tərəfindən 22 sentyabr 2020-ci il, saat 11.00-da Virtual İnfosesiyanın təşkil olunması nəzərdə tutulub.
Böyük məmnuniyyətlə hər birinizi 22 sentyabr 2020-ci il, saat 11.00-da təşkil olunacaq Virtual İnfosesiyaya dəvət edirik!
Qeydiyyatdan keçib iştirakınızı təsdiqləmək, o cümlədən zoom link əldə etmək üçün aşağıdakı məlumatları yazıb bu emaila: shahverdiyeva@unfpa.org 20 sentyabr 2020-ci il tarixinə kimi göndərməniz rica olunur:
İştirakçının adı və soyadı:
Təmsil olunduğu təşkilat və vəzifəsi:
Əlaqə məlumatları (tel.email):
Hər birinizi Virtual İnfosesiyada görmək ümidilə,
Hörmətlə,
Xalisə Şahverdiyeva
Layihə Koordinatoru, EU4GE
Bu xəbər 366 dəfə oxunub