XƏBƏRLƏR




- 19/9/2020 “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
“Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib
Nazirlər Kabinetinə təqdim edilən layihədə əlilliyin xəstəlik, çatışmazlıq və zədə fəsadlarının insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşmasına səbəb olan orqanizmin funksiyalarının itirilməsi faizlərilə ifadə olunması nəzərdə tutulur.
Yeni meyarlarda əlilliyin qiymətləndirilməsi zamanı insanın 7 əsas həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşması nəzərə alınacaq. Bunlar özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışa nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti bacarığıdır. Əlilliyin qiymətləndirilməsi üzrə yeni meyarlara əsasən, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşması insan orqanizmi funksiyalarının IV dərəcə (81-100%), III dərəcə (61-80%) və II dərəcə (31-60%) itirildiyi hallarda təyin ediləcək. İnsan orqanizmi funksiyalarının I dərəcə itirilməsi zamanı (10-30%) yalnız peşə xəstəliyi və əmək zədəsi olduğu hallarda qiymətləndirilmə aparılacaq. 18 yaşınadək uşaqlara sağlamlıq imkanlarının məhdudluğu insanın həyat fəaliyyətinin istənilən kateqoriyasının və istənilən məhdudlaşmasının (əmək fəaliyyəti ilə məşğul olmaq bacarığı istisna olmaqla) hər üç məhdudlaşma dərəcəsi mövcud olduğu və uşağın sosial müdafiəsi zərurətindən irəli gələn halda müəyyən ediləcək.
“Əlilliyin müəyyən olunması meyarları” layihəsi hazırlanarkən bu sahədə Rusiya, Avstriya, Böyük Britaniya, Almaniya və ABŞ kimi ölkələrin ən qabaqcıl beynəlxalq təcrübəsi öyrənilib, Avropa İttifaqının “Fiziki və əqli əlilliklə bağlı reytinq dərəcəsi” sənədi təhlil edilib, Ümumdünya Səhiyyə Təşkilatının standart diaqnostik aləti olan “Xəstəliklərin Beynəlxalq Təsnifatı” və “Funksionallığın Beynəlxalq Təsnifatı”ndan geniş istifadə olunub.
Əlil Təşkilatları İttifaqı
Mətbuat xidməti
Bu xəbər 386 dəfə oxunub