22 Sentyabr 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
15/9/2020 Şirvan şəhərində müasir Reabilitasiya Mərkəzi açıldı


Şirvan şəhərində müasir Reabilitasiya Mərkəzi açıldı

Əlilliyi olan şəxslərin yenidən əmək qabiliyyətli insanlar kimi cəmiyyətə qazandırılmasının reabilitasiya sistemi üçün əsas hədəf olduğunu deyən nazir Sahil Babayev bölgələrdə reabilitasiya müəssisələri şəbəkəsinin əhəmiyyətli dərəcədə genişlənəcəyini bildirib

 

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şirvan şəhərində Reabilitasiya Mərkəzini əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verib. Müəssisənin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iştirak ediblər.

Tədbirdən öncə S.Babayev və İ.Abbasov ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzüblər.

Nazir S.Babayev tədbirdə çıxış edərək Prezident İlham Əliyevin göstərişi ilə ölkəmizdə reabilitasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində son illərdə görülən işləri qeyd edib. Bildirib ki, 2019-cu ildə Yevlax, Naftalan Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat Mərkəzi, bu ilin avqust ayında isə Lənkəran, Şəki və Xaçmaz Reabilitasiya Mərkəzləri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, bu gün isə daha bir müasir reabilitasiya müəssisəsi Şirvan şəhərində açılır. Bu da həm ardıcıl sosial inkişafın, həm də əlilliyi olan şəxslərə qayğının bir təzahürüdür.

Nazir diqqətə çatdırıb ki, bu ilin sonunadək Sumqayıt Reabilitasiya Mərkəzi, Şağan Reabilitasiya Pansionatı əsaslı təmir-yenidənqurmadan sonra açılacaq. Həmçinin Qəbələ və Şəmkirdə inşa olunan Uşaq Reabilitasiya Mərkəzlərinin açılışının da bu il olması planlaşdırılır. Hazırda Nazirliyin 14 reabilitasiya müəssisəsi var ki, bu il əlavə iki uşaq reabilitasiya müəssisəsi yaradılmaqla bu say 16-ya çatacaq. Nəticədə ildə reabilitasiya xidmətləri ilə təmin edilənlərin illik sayı iki dəfə artaraq 28 minə çatacaq. Ümumilikdə, ölkəmizin bölgələrində reabilitasiya müəssisələri şəbəkəsi növbəti illərdə də əhəmiyyətli dərəcədə genişləndiriləcək.

Reabilitasiya sahəsində aparılan islahatlardan bəhs edən S.Babayev qeyd edib ki,cənab Prezidentin Fərmanı ilə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin yaradılması ekspertiza və reabilitasiya sahəsində xidmətlərin yeni optimal və təkmil model üzərində qurulmaqla daha çevik və keyfiyyətli, effektiv  təşkilinə yönəlib. Bu islahat müvafiq sahədə mövcud resurslardan səmərəli istifadəyə, bərpa xidmətlərinin çeşidlərinin və əhatə dairəsinin genişlənməsinə xidmət edir.

Nazir reabilitasiya mərkəzlərində sosial-psixoloji reabilitasiya xidmətlərinin genişlənəcəyini deyib. O, reabilitasiya sistemində də elektron texnologiyaların geniş tətbiqi işlərinin aparıldığını bildirib. Diqqətə çatdırıb ki, “Reabilitasiya” altsistemi, ona uyğun veb-əsaslı növbəlilik sistemi, Reabilitasiya Mərkəzləşdirilmiş Məlumat Sistemi qurulur. Bu da reabilitasiya müəssisələrinə qəbulun e-qaydada şəffaf, obyektiv təşkilinə, reabilitasiya xidmətlərinə nəzarətin təkmil qurulmasına, reabilitasiya xidmətləri ilə bağlı bütün məlumatların e-platformada toplanmasına və s. imkan verəcək.

S.Babayev bildirib ki, əsas hədəf əlilliyi olan vətəndaşların məmnun qala biləcəyi effektiv, keyfiyyətli, tam şəffaf xidmətlər sisteminin yaradılması, reabilitasiya müəssisələrinin fəaliyyətinin əlilliyi olan şəxslərin yenidən əmək qabiliyyətli insanlar kimi cəmiyyətə qazandırılması prinsipi üzərində  qurulmasıdır. Reabilitasiya müəssisələri müasirləşdirildiyi kimi, bu mərkəzlərdə çalışan  işçi heyətinin də bilik və peşəkarlığının artırılması, reabilitasiya sahəsində effektiv metodlara, müasir nailiyyətlərə yiyələnməsi vacibdir. Eyni zamanda, bu mərkəzlərdə əlilliyi olan şəxslərə diqqət və qayğı ilə yanaşılmalı, onlar bu mərkəzlərdə özlərini doğma mühitdə hiss etməlidir.

İcra başçısı İ.Abbasov belə müasir reabilitasiya mərkəzlərinin yaradılmasının əlilliyi olan şəxslərə diqqət və qayğının daha bir göstəricisi olduğunu vurğulayıb.

Əlilliyi olan şəxslər onların sosial müdafiəsi tədbirlərinin ildən-ilə geniş vüsət almasına, sağlamlıqılarının bərpası üçün reabilitasiya imkanlarının artırılmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Sonra mərkəzdə yaradılan şəraitə baxış olub.

Müəssisədə müasir şərait yaradılıb və mərkəz limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər yeni müasir tibbi-reabilitasiya aparatları və avadanlıqlarla da təchiz edilib. Burada səmərəli fizioterapevtik üsullar, müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez və digər prosedurlar tətbiq ediləcək. Şirvan Reabilitasiya Mərkəzi Şirvan və ətraf rayonlar üzrə il ərzində 500-ə yaxın əlilliyi olan şəxsə tibbi-sosial reabilitasiya xidmətləri göstərəcək.

 

Əlil Təşkilatları İttifaqı

Mətbuat Xidməti

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 56 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 21/9/2020- Naftalan, Ağstafa və Lerikdə 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlərlə təmin olundu

» 19/9/2020- “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib

» 18/9/2020- Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı

» 17/9/2020- Nazir Sahil Babayev özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış kiçik müəssisələrə baxış keçirdi

» 16/9/2020- UNEC tələbəsi Birləşmiş Krallığın dəstəyilə "British Council" tərəfindən keçirilən "Creative Spark" müsabiqəsində dünya çempionu olub.

» 16/9/2020- "Əlilliyi olan aztəminatlı ailələrə sosial dəstək"

» 15/9/2020- Şirvan şəhərində müasir Reabilitasiya Mərkəzi açıldı

» 14/9/2020- “Qəhrəmanlarımız qürur mənbəyimizdir”

» 10/9/2020- Yenə standartlara uyğun olmayan ramp, əlilliyi olan şəxslərə qarşı laqeydlik, yanlış məlumat.

» 10/9/2020- Ağstafada 16 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlərlə təmin olundu

» 9/9/2020- Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verildi

» 8/9/2020- Qaradağ, Xətai, Binəqədi, Nərimanov, Saatlı, Sabirabad, Şuşa və Zəngilan rayonları üzrə xüsusi və güzəştli şərtlərlə pensiya təyin olunanların nəzərinə

» 5/9/2020- Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə bu dəfə həndbol üzrə inkluziv idman yarışları keçirildi

» 4/9/2020- AR Milli Məclisinin İnsan Hüquqları Komitəsi tərəfindən insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərlə birgə video-konfrans keçirmişdir.

» 3/9/2020- Əlilliyi olan uşaqların qatıldığı inkluziv idman yarışları təşkil edilib

» 2/9/2020- Bakıda Mərdəkan-Buzovna-Bilgəh magistral yolunda yeni piyada körpüsü istifadəyə verilib.

» 1/9/2020- “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi hüquqi yardımların göstərilməsi layihəsinin icrasına başladı

» 1/9/2020- Sosial-psixoloji reabilitasiya xidmətləri təkmilləşdirilir

» 31/8/2020- Daha 155 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq verilib

» 28/8/2020- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 27 avqust tarixli 309 nömrəli Qərarı ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın “I. Evdə təhsil almaq hüququ verən xəstəliklərin Siyahısı” bölməsi yeni redaksiyada təsdiq edilmişdir.