18 Yanvar 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
10/9/2020 Yenə standartlara uyğun olmayan ramp, əlilliyi olan şəxslərə qarşı laqeydlik, yanlış məlumat.


Yenə standartlara uyğun olmayan ramp, əlilliyi olan şəxslərə qarşı laqeydlik, yanlış məlumat.

  Ötən gün Mərdəkan-Zuğulba yolunun üzərində növbəti yerüstü piyada keçidinin tikilməsi və ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı haqqında geniş yayılmışdır. Qeyd etmək lazımdır ki, bu insanların təhlükəsizliyi üçün əhəmiyyətli və lazımlı qurğudur.

    Yayılan məlumatlarda o da qeyd olunmuşdur ki, yerüstü piyada keçidindən əlilliyi olan çəxslərin, xüsusilə təkərli kürsü (əlil arabası) istifadəkiləri də rahat istifadə edə biləcəklər. Buna əmin olmaq üçün bu gün Əlil Təşkilatları İttifaqının monitorinq qrupu qeyd olunan obyektdə olmuşdur.  Apardığımız monitorinq deməyə əsas verir ki, əlilliyi olan şəxslər üçün nəzərdə tutulan ramp (pandus) bir neçə cəhətdən standartlara uyğun deyildir (əsas çatışmazlıqlar):

  1. Yoldan rampa çıxışda səki vardır
  2. Rampın mailliyi hərəkət boyunca müxtəlifdir, bir çox yerlərdə maillik faizi böyükdür (8%, 9%, 10% və s.)
  3. Rampın üzünluğu həddindən artıq çoxdur (80m)
  4. Ramp üzərində tutacaqlar yoxdur
  5. Rampın səthi çox hamardır.

   Bunlara əslanaraq deyə bilərik ki, rampdan təkərli kürsüdə (əlil arabasında) və çətin hərəkət qabliyyətinə malik olan şəxslərin sərbəst istifadə etməsi qeyri mümkündür. Bunu layihələndirən mümarın gürünür əlillik sahəsindən, standartlardan ümumiyyətlə bilgisi yoxdur.

  Burada qaldırıcı qurğunun qoyulması daha məqsədəuyğun, istifadə üçün daha rahat, iqdisadi cəhətdən daha az məsrəfli olardı. Avtomobil Yolları Agentliyi artıq neçənci dəfədir bu xətalara yol verir. Bu həm əlilliyi olan, çətin hərəkət qabliyyətinə malik çəxsləerə qarşı laqeydlikdir və eyni zamanda ölkə prezidentinə məlumatın düzgün verilməməsidir. Yaxşı olardı ki, növbəti analoji fəaliyyətləri həyata keçirən zaman bu sahə üzrə mütəxəsislərlə məsləhətləşmə aparılsın.  

Əlil Təşkilatları İttifaqı 

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 409 dəfə oxunub




Flag Counter






» 18/1/2021- Müharibədə xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasına başlanır

» 18/1/2021- 2021-ci ilin hansı sosial hədəfləri var?

» 18/1/2021- “Sağlamliq Imkanlari Məhdud Uşaqlara Səyyar Sosial Reabilitasiya Xidmətinin Göstərilməsi”

» 15/1/2021- Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub

» 15/1/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaziyə yeni mənzilin açarları təqdim edildi

» 14/1/2021- Hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasının operativ, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması üçün komissiya yaradıldı

» 13/1/2021- 1, 5 və 50 manatlıq pul nişanlarının yeni formasında görmə əlilliyi olanlar nəzərə alınmışdır.

» 12/1/2021- “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin Təşkilat Komitəsinin məlumatı

» 11/1/2021- Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin ikitərəfli görüşü olub

» 11/1/2021- Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı

» 12/1/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/1/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 11/1/2021- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın (yeni tərkibdə) üzvlüyünə dair keçiriləcək birgə yığıncaqla (səsvermə) bağlı ELAN

» 8/1/2021- Mahmud Səfərovun ilk dəfə jest dilində filmi.

» 8/1/2021- Azərbaycan Ağsaqqallar Şurasının yeni inzibati binasının açılışı olub

» 7/1/2021- Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib

» 7/1/2021- Əlilliyi olan şəxslərə 35 minə yaxın reabilitasiya vasitəsi verilib

» 6/1/2021- Vətən müharibəsinin qalibləri nazirlikdə coşqu ilə qarşılandılar

» 5/1/2021- Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.

» 5/1/2021- Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə ərsəyə gələn Bacararsan.az platforması ilk təşəbbüsünü həyata keçirib